FACT-INFO.AZ » XƏBƏR » Böyük Zəfərin 4-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib
8-11-2024, 10:30 | XƏBƏR
Böyük Zəfərin 4-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib

8 noyabr - Zəfər Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində təntənəli tədbir keçirilib.

Fact-info.az xəbər verir ki Vətən müharibəsinin 4-cü ildönümündə II Fəxri xiyabanda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb.

Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrində keçirilən tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilib.

Qarabağa və Şərqi Zəngəzura qayıdışı milli çağırışımız elan edən, ölkəmizi Cənubi Qafqazın lider dövlətinə çevirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, hərbçilərimizin rəşadəti, xalqımızın birliyi nəticəsində işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə qaytarılmasından danışılıb.

Bildirilib ki, dövlət başçısının şəxsi nəzarəti altında ötən dörd il müddətində bu ərazilərdə tarixlə müasirliyin vəhdəti yaradılmış, dünyada bərabərinə rastlanmayan işlər gerçəkləşdirilib.

Tədbirdə Vətən müharibəsi, 12-13 sentyabr hadisələri və antiterror əməliyyatları zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş tapşırıqların layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda sərhədçilərin qəhrəmanlıqları qeyd edilmiş, şəhadətə yüksəlmiş oğullarımızın adlarının hər zaman ehtiramla yad ediləcəyi, qanları ilə yazdıqları şücaət dastanlarının, qoyduqları mirasın daim uca tutulacağı və gələcək nəsillərə örnək olacağı böyük qürur hissi ilə qeyd edilib.

Tədbirin sonunda sərhədçilərə həsr olunmuş “Görünməyən Qəhrəmanlar – Dövlət Sərhəd Xidməti” sənədli film nümayiş olunub.




Baxış sayı: 145
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia 8-10-2026, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib 8-10-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031