FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “44 günlük Zəfər tariximiz” adlı elektron məlumat bazası hazırlanıb
7-11-2024, 10:30 | MƏDƏNİYYƏT
“44 günlük Zəfər tariximiz” adlı elektron məlumat bazası hazırlanıb

8 Noyabr – Zəfər Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “44 günlük Zəfər tariximiz” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.

Kitabxanadan Fact-info.az-a bildirilib ki, bazada “Rəsmi sənədlər”, “10 Noyabr Bəyanatı”, “Müsahibə və çıxışlar”, “Xronologiya” kimi bölmələrlə yanaşı, “44 günlük Vətən müharibəsi”, “Vətən müharibəsi - qəhrəmanlıq salnaməmiz”, “Vətən müharibəsi - tarixi Zəfərimiz” kimi məqalələrin tam mətni də yer alır.

“44 günlük Zəfər tariximiz” adlı elektron məlumat bazasında Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlər, Ermənistan qoşunlarının döyüş itkiləri, Vətən müharibəsində Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş terror aktları haqqında da geniş məlumat verilir. Elektron bazada şanlı Zəfər tarixinin qürurverici anlarını özündə əks etdirən Zəfər Paradı, geri qaytarılmış torpaqlara “Böyük qayıdış”, burada aparılan bərpa-quruculuq işləri haqqında məlumatlar, II Qarabağ müharibəsinə dair Azərbaycan və xarici dillərdə nəşr edilən kitab və dövrü mətbuat nümunələrinin siyahıları təqdim olunur. Bazada Gənclər Kitabxanasının əməkdaşları tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar hazırlanan virtual kitab sərgisi və multimediya materialları da yer alıb.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.




Baxış sayı: 395
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30