FACT-INFO.AZ » AKTUAL » Vətən müharibəsində könüllü iştirak edən cərrah həkim Anar Yusibov
6-11-2024, 16:30 | AKTUAL
Vətən müharibəsində könüllü iştirak edən cərrah həkim Anar Yusibov

Vətən müharibəsindəki möhtəşəm qələbəmiz  Azərbaycan tarixində yeni səhifə açdı. Son iki yüz ildə Azərbaycan ilk dəfə möhtəşəm tarixi  qələbə qazandı. Torpaqlarımızı işğal edən, dinc insanlara qarşı hər zaman terror  aktı törədən düşmənin alınmaz sədləri, səngərləri qəhrəman oğullarımız tərəfindən darmadağın edildi. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə çevrildi.  Həmin dövrdə Azərbaycan xalqının hər biri kimi, həkimlərimiz də Ordumuzun yanında oldu.

 Zəfər tariximizə töhfələr verən həkimlərimizdən biri də  Vətən müharibəsində könüllü iştirak edən, 50-dən artıq çətin cərrahi əməliyyat həyata keçirən həkim Anar Yusibovdur.

 Anar doktor 44 günlük müharibə dövrünə fəxarətlə nəzər salaraq qeyd edib ki,  mən müharibə başlayan kimi könüllü olaraq cəbhəyə getmişəm. Sonuncu  antiterror əməliyyatları keçirilən zaman yenidən həkimlik borcumu yerinə yetirmək üçün yenə könüllü getmişdim. Peşəkar tibbi heyətlə birlikdə maksimum qüvvə ilə çalışdıq. Bizim də borcumuz əsgərlərimizin yanında olmaq idi. 44 günlük müharibə zamanı həyata keçirdiyim cərrahi əməliyyatların sayı təxminən 50-dən artıq olub. Çünki hər gün, hətta gecələrdə əməliyyat blokunda çalışırdım. Vaxt tapan kimi bir az dincəlirdik ki, gecə gələn xəstələrimizi əməliyyat edə bilək. Lakin bizim apardığımız çox çətin cərrahi əmiyyat uğurla başa çatdı və hər iki xəstəmizin ayaqlarını itirmək təhlükəsindən xilas oldular. Sonradan mən maraqlandım həmin iki hərbçimizin normal gəzmək, hərəkət etmək imkanları bərpa olunmuşdu. Bizə Allah kömək olurdu. Ən ağır xəstələrimizi də əməliyyat edib normal həyata qaytara bilirdik. Bəlkə də mülki vətəndaş olsaydı onu elə ağır vəziyyətdən çıxara bilməzdik. Bu Allahın möcüzəsi idi ki, yaralanmış əsgərlərimiz tezliklə, aparılmış cərrahi müdaxilə nəticəsində şəfa tapırdı.

 Anar doktor daha sonra bildirib ki, mən də bir cərrah olaraq hər zaman  əsgərlərimizin yanındayam. Hərbçilərimizin sağlamlığı üçün nə mümkündürsə etməyə hazıram. Tarixi Zəfərimiz mənim üçün ikiqat bayramdır. Ona görə ki, mənim öz doğma yurdum Kəlbəcər rayonu azadlığına qovuşub. Kəlbəcər işğal olunan zaman mənim 13 yaşım var idi. Bu gün şüküranlığımı bildirirəm ki, öz yurdumu azad görmək mənə nəsib oldu. Azərbaycan Ordusu möhtəşəm qələbə qazandı. Bu qələbə münasibətilə  Ali Baş Komandanı, Ordumuzu, hər bir azərbaycanlını ürəkdən təbrik edirəm. Şəhid analarının qarşısında baş əyirəm. Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm. qazilərimizə can sağlığı arzulayıram. Bu gün biz böyük ruh yüksəkliyi ilə Tarixi Zəfərimizi qeyd edirik.

  Fact-info.az

 




Baxış sayı: 965
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30