Hazırda Çindən Avropaya yerüstü daşımaların 80 faizindən çoxu Qazaxıstandan keçərək həyata keçirilir.
Fact-info.az xəbər verir ki, bu barədə Şanxayda Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə Çin Dövlət Şurasının Baş naziri Li Çian arasında keçirilən görüşdə qeyd olunub.
Bildirilib ki, Qazaxıstan “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsində maraqlıdır. Oljas Bektenov vurğulayıb ki, bu qlobal layihə Qazaxıstan ərazisindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yanaşı, “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin potensialını üzə çıxarmağa qadirdir.
Qazaxıstan tərəfinin məlumatına görə, bu ilin 9 ayı ərzində Orta Dəhliz üzrə daşımaların həcmi bütün ötən ilin göstəricilərini 23 faiz üstələyərək 3,4 milyon ton təşkil edib. 2030-cu ilədək yükdaşımaların həcminin ildə 10 milyon tona çatdırılması planlaşdırılır.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
Baxış sayı: 125
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
