FACT-INFO.AZ » CƏMİYYƏT » COP29 informasiya müharibəsində  gerçəyi ortaya qoymaq üçün yeni imkanlar açır
4-11-2024, 12:00 | CƏMİYYƏT
COP29 informasiya müharibəsində  gerçəyi ortaya qoymaq üçün yeni imkanlar açır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası,  COP29 tədbirinin Azərbaycanda keçirilməsi əhəmiyyətli hadisədir. COP29 yalnız ekologiya və ətraf aləmlə bağlı deyil.  Bu, həm də  insan sağlamlığı, mövcud problemlərin həllinə dəstək məqsədilə atılacaq addımlardır. Məhz belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin bir çox qlobal problemlərin həllinə töhfəsi olacaq.

 Dünyada zəruri həyat mənbəyi olan yaşıl meşə örtüyünün zənginləşməsi və ümumilikdə, “yaşıl enerjiyə” keçidin sürətlənməsi birbaşa insan faktoru, sağlamlığı ilə bağlıdır. Çox müsbət haldır ki, ölkəmiz bütün resursları ilə bu prosesə dəstək verir.

 COP29-un Azərbaycanda keçirilməsi həm “yaşıl enerji”yə keçid üçün yeni imkanlar yaradır, həm də ölkəmizin dünya miqyasında olan yüksək nüfuzunu göstərir. Çünki belə toplantı ən mühüm beynəlxalq tədbirlərdən biridir. Bundan əlavə  COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün vacib istiqamətlər müəyyənləşdirəcək.

 Burada çox vacib məqamlardan biri odur ki, Azərbaycan  ətraf mühitin qorunmasına, dünyada zəruri həyat mənbəyi olan yaşıl meşə örtüyünün zənginləşməsinə və ümumilikdə, “yaşıl enerjiyə” keçidin sürətlənməsinə  öz töhfəsini verməklə bərabər ölkəmizin zəngin təbii resursları, Qarabağda  əhəmiyyətli quruculuq işləri ilə bağlı dünyaya məlumatlar çatdıracaq. Hər bir əcnəbi qonaq Azərbaycanın postmüharibə dövründəki inkişaf modeli ilə,  turizm potensialı, zəngin mədəniyyəti,  milli musiqiləri, çeşidli mətbəxi ilə tanış olacaqlar. COP29 toplantısı həm də Azərbaycanın  dünyaya yeni baxışını ortaya qoyacaq.

 Digər tərəfdən 30 illik işğal dövründə ermənilərin Azərbaycanın ekologiyasına, meşə fonduna, saysız-hesabsız tarixi abidələrimizə vurduğu ziyanla bağlı real görüntüləri, təkzibolunmaz faktları əcnəbilərə təqdim etmək imkanı yaranacaq. Biz bu imkanlardan yararlanmalıyıq. Son 30 ildə ətraf aləmə qarşı ermənilərin törətdiyi vəhşiliklərlə xaricdən gələn qonaqlar da tanış olmalıdır. Bütün bu amillər ölkəmizin haqlı, ədalətli mövqeyini bir daha nümayiş etdirəcək. Düşünmək olar ki COP29  informasiya müharibəsində gerçəyi ortaya qoymaq üçün yeni imkanlar açacaq.

 Əkrəm Bəydəmirli




Baxış sayı: 285
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30