FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanın Zəfər Günü Parisdə təntənə ilə qeyd olunub
3-11-2024, 11:30 | XƏBƏR
Azərbaycanın Zəfər Günü Parisdə təntənə ilə qeyd olunub

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə xalqımızın Zəfər Günü təntənə ilə qeyd olunub. Fact-info.az xəbər verir ki, səfir Leyla Abdullayeva Zəfər Gününün əhəmiyyətindən söz açaraq noyabrda xalqımızın Qarabağın 30 illik işğaldan azad olunmasını bayram etdiyini vurğulayıb. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə bütün azərbaycanlıların ədalət və qürur hissi yaşadığını diqqətə çatdırıb.

“Qonşu ölkənin hərbi işğalına məruz qaldığı və 2 qanlı müharibə yaşadığı üçün Azərbaycan sülhün qiymətini yaxşı bilir. Sülh təkcə bizim region üçün deyil, bütün dünya üçün mütləq zərurətdir. Azərbaycanın qarşısına qoyduğu missiya davamlı və ədalətli sülhdür. Buna nail olmaq üçün son maneələr, o cümlədən Ermənistan konstitusiyasında hələ də təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır”, - deyə L.Abdullayeva vurğulayıb.

Qeyd edib ki, Zəfər Gününə həsr edilmiş konsertdə Azərbaycan cazı və muğamı təqdim ediləcək və bu, caz-muğam sintezi ilə dinləyicilər Azərbaycan mədəniyyətinin dərinliklərinə nüfuz edəcəklər.

L.Abdullayeva deyib ki, XX əsrin əvvəllərində Azərbaycanın müsəlman dünyasında ilk Operanın doğulduğu məkandır, həmçinin keçmiş sovet məkanında, eləcə də bu gün Bakı cazın paytaxtı hesab olunur. Bu axşam ənənəvi Azərbaycan musiqisi muğamın klassik Amerikan caz musiqisi ilə sintezindən ibarət olan bu konsert bir daha sülhə çağırışdır. Azərbaycan yalnız sülh istəyir.

Caz-muğam sintezindən ibarət əzəmətli musiqini təqdim etmək üçün gənc pianoçu Etibar Əsədov və onun triosu ilə birlikdə Azərbaycanı “Eurovision-2024” mahnı müsabiqəsində təmsil etmiş müğənni İlkin Dövlətov səhnəyə dəvət olunublar.

Konsert proqramında “Sarı gəlin”, “Getmə-getmə”, “Qara qaşın vəsməsi” kimi Azərbaycan xalq mahnıları ilə bərabər Səid Rüstəmov, Tələt Əyyubov, Üzeyir Hacıbəyli kimi məşhur bəstəkarlarımızın musiqiləri ifa olunub.

Fransada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkənin siyasətçiləri, mədəniyyət və incəsənət xadimləri, yerli ictimaiyyətin nümayəndələri, jurnalistlər Azərbaycanın Zəfər Gününü birgə təntənə ilə qeyd ediblər.




Baxış sayı: 130
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30