FACT-INFO.AZ » MEDİA » ABŞ mətbuatında Niderland parlamentinin Ermənistana dəstək xarakterli qətnamələri qərəzli hesab edilib
2-11-2024, 11:30 | MEDİA
ABŞ mətbuatında Niderland parlamentinin Ermənistana dəstək xarakterli qətnamələri qərəzli hesab edilib

Niderlandın müstəmləkə keçmişi Asiya, Afrika və Amerikada çoxsaylı xalqların əsarət altına alınması və istismarı, eləcə də onlara qarşı törədilmiş çoxsaylı cinayətlər ilə yadda qalıb. Niderland qəddar taktikalarla öz imperiyasını genişləndirməklə paralel olaraq insan haqları məsələsinin spekulyasiyası ilə də maraqlarını təmin etməyə üstünlük verib. Niderlandın inkişafının böyük hissəsi əsarət altındakı ölkələrin milli sərvətlərinin talanması nəticəsində baş verib. Fact-info.az xəbər verir ki, bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “Azərbaycan Niderlandın son qətnamələrinə cavab verir” sərlövhəli məqaləsində yazıb. Müəllif qeyd olunan səbəbdən dünyanın müxtəlif xalqlarını asılı vəziyyətdə saxlamağa davam edən Niderlandın öz müstəmləkəçilik tarixinin ağır nəticələrini aradan qaldırmaq üçün səy göstərməsi barədə bəyanatını riyakarlıq kimi qiymətləndirib. O, bu yaxınlarda Niderland parlamenti tərəfindən qəbul olunmuş, Ermənistana və könüllü olaraq Qarabağdan köçmüş ermənilərə dəstək xarakterli iki qətnaməni qərəzli və ədalətsiz hesab edib.

Məqalədə Niderland parlamentinin bu təşəbbüsündən sonra xarici işlər naziri Kaspar Veldkampın çıxışında həmin qətnamələri dəstəkləməsi, üstəlik Xankəndidəki keçmiş separatçı rejimlə əlaqəli şəxsləri və terrorçuları “hərbi əsir” adlandırması, onların azad olunmasına çağırış etməsi “zanbaqlar ölkəsi”nin ikili standartlar siyasətinin aşkar isbatı kimi səciyyələndirilib.

Məqaləni ətraflı şəkildə linkə keçid edərək oxumaq mümkündür.




Baxış sayı: 105
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30