Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Mərkəzdə “Musiqinin cəmiyyətdə rolu” mövzusunda elmi-praktik seminar keçirilib.
Fact-info.az xəbər verir ki, tədbirdə ADMİU-nun Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri professor, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə, kafedranın baş müəllimi Sara Timurova və kafedranın müəllimi Vəfa Abbasova, Estrada sənəti kafedrasının müdiri dosent Məryəm Babayeva bir-birindən maraqlı mövzular ətrafında çıxış ediblər.
Ənənəvi musiqi mədəniyyətinin ekologiyasından, müasir musiqi və cəmiyyətin kəsişmə nöqtələrindən, musiqi və cəmiyyət probleminin sinxronik və diaxronik aspektlərindən, Azərbaycan populyar musiqisinin tədrisi problemlərindən danışan ekspertlər, həmçinin mövzularla bağlı auditoriyanı maraqlandıran sualları cavablandırıblar.
Baxış sayı: 170
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
