Milli Kitabxanada “30 Oktyabr - Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan Fact-info.az-a bildirilib ki, sərgidə Stalin repressiyası, sovet imperiyasının azərbaycanlılara qarşı repressiya və soyqırımı siyasəti, repressiyaya məruz qalmış tanınmış yazıçı və şairlərinin, teatr xadimlərinin və digər mütəfəkkir şəxsiyyətlərinin elmi-bədii yaradıcılığı, zindan həyatı və faciəli taleyindən bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, bu günün tarixi 1974-cü ildən keçmiş SSRİ-də məhkum olunmuş iki siyasi məhbusun həbsxanada belə təşəbbüslə çıxış etməsindən başlayır.
Azərbaycan da keçmiş SSRİ dönəmində siyasi repressiyalardan öz nəsibini almış ölkələrdəndir. 1920-ci illərdən başlayıb 30 ildən artıq davam edən repressiya nəticəsində Azərbaycanda öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur ki, bunların da 29 mini ziyalılar idi.
Baxış sayı: 135
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
