FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimatı olub
29-10-2024, 17:00 | MƏDƏNİYYƏT
“Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimatı olub

Oktyabrın 29-da Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimatı keçirilib.

 “Ön söz”ün müəllifi Türkiyənin Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir. Nəşrin elmi redaktorları professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak Eke, rəyçiləri isə Xalq şairi Ramiz Rövşən, İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitab haqqında məlumat verib. O, yeni nəşrin hər iki alimin bu istiqamətdə ilk tədqiqatları olduğunu bildirib.

Rafiq Əliyev qeyri-səlis məntiq nəzəriyyəsinin sosial elmlərə tətbiqinin, “Qeyri-səlis məntiq və dil-nitq” kitabının ideya müəllifinin Kamal Abdulla olduğunu və hər iki kitabın Lütfi Zadə ideyalarının təbliğində böyük rol oynayacağını vurğulayıb.

Kamal Abdulla əsərin ərsəyə gəlməyindən söhbət açıb. Kitabın bu sahədə ikinci tədqiqat əsəri olduğunu, “Kitabi-Dədə Qorqud və qeyri -səlis məntiq” adlanan birinci kitabın iki il bundan əvvəl Azərbaycanda, Türkiyədə və Almaniyada nəşr edildiyini bildirib. Diqqətə çatdırıb ki, kitab ingilis dilində də çap ediləcək.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, fəlsəfə elmləri doktoru Etibar Əliyev, prosessorlar Hacan Hacıyev və İsmayıl Teymuroğlu bildiriblər ki, yeni kitab müəlliflərin dərin fəlsəfi düşüncələrini və qeyri-səlis məntiqə söykənən yaradıcılıq axtarışlarını bir araya gətirir. Bu fundamental tədqiqat əsəri, müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlər qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini bir daha ön plana çıxarır. Əsərin Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlər açmaqla yanaşı, hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olaraq gələcək tədqiqatlar üçün zəmin yaradır.




Baxış sayı: 130
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30