FACT-INFO.AZ » SİYASƏT » Bakıda Türkiyə Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
29-10-2024, 19:30 | SİYASƏT
Bakıda Türkiyə Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Bakıda Türkiyə Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Mərasimdə Azərbaycan hökumətini Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaradılmasının 101-ci ildönümü münasibətilə videomüraciəti yayımlanıb:

O, bildirib ki, ölkəsinin regionda sülh və sabitliyin bərqərar olması istiqamətində
apardığı mübarizənin öz məqsədinə çatmasını nə bölgəni qana bulayanlar, nə də onları dəstəkləyənlər əngəlləyə bilər.
R. T. Ərdoğan Türkiyə bundan sonra da öz məqsədlərinə doğru inamla irəliləyəcəyinə əminliyini ifadə edib:

"Çoxsaylı xain oyunları və hücumları boşa çıxararaq bu günlərə gələ bilmişik. Qarşımızda artıq aşmağa ehtiyac duyduğumuz az sayda əngəl qalıb. 40 ildir enerjimizi tükədən terror bəlasını bütün imkanlardan istifadə edərək tarixə göndərməyimiz lazımdır. Ötən ildəki Cümhuriyyət bayramı təbrikimdə də qeyd etdiyimiz kimi nə ediriksə, güclü Türkiyənin mövcudluğunun davamlılığı üçün edirik. Siyasi baxışlarından asılı olmayaraq hər kəsin yanımızda olacağına ürəkdən inanırıq".

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib ki, ölkəsi daim dəstəyə ehtiyacı olan dövlətlərin yanındadır.

Onun sözlərinə görə, hazırda bütün dünya Türkiyə ilə Azərbaycan arasında tayı-bərabəri olmayan bir qardaşlığa şahidlik edir.

Diplomat həmçinin 44 günlük Vətən müharibəsindəki qələbəmizə də toxunub.

Səfir onu da vurğulayıb ki, əzmkarlıq nəticəsində zəfər qazanan Azərbaycan bu gün eyni qələbəni diplomatiya cəbhəsində də əldə etməkdədir.

C. Bağçının fikrincə, hazırda bölgədə sülhün təminatı üçün yaranmış mükəmməl fürsətdən yararlanmaq zamanıdır:

O əlavə edib Türkiyə Qarabağın bərpası prosesində strateji rol oynamaqdadır.

Azərbaycan hökuməti adından çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bu gün dünya miqyasında inamlı qələbələr əldə edən Azərbaycanla Türkiyə arasındakı uğurlu İkitərəfli münasibətlərdən danışıb:

"Bu əlaqələri səciyyələndirən ən böyük xüsusiyyət xalqlarımızın daim birlikdə olması və bir-birini dəstəkləməsidir. Azərbaycanın Qarabağda qazandığı qələbəsində Türkiyənin birmənalı siyasi və mənəvi dəstəyi rol oynayıb. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Energetika, hərbi, mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlığımız dünya miqyasında nümunədir. Bu qardaşlıq münasibətləri elmi-texniki tərəqqiyə xidmət edir. Bu gün Azərbaycan və Türkiyə dünyada sülh təşəbbüsləri ilə çıxış edir".

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. (APA)




Baxış sayı: 185
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30