Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaşı və tələbəsi Lənkəran şəhərində Fizika fakültəsinin şəhid məzunu Səhriyar Həbibinin xatirəsinə həsr olunmuş tədbirdə iştirak edib.
Fact-info.az xəbər verir ki, Lənkəran Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, şöbənin mütəxəssisi Ələkbər Həsənov, Fizika fakültəsinin müəllimləri Şəhriyar Həbibi barədə xatirələrini bölüşüb, qürur mənbəyimiz olan şəhidlərimizin xatirəsinin yaddaşlarda əbədi yaşayacağını bildiriblər.
Qeyd edək ki, Şəhriyar Həbibi 2010-2014-cü illərdə Fizika fakültəsində təhsil alıb. Hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsində Cəbrayıl, Zəngilan rayonlarının azad edilməsində şücaət göstərib, 2020-ci il noyabrın 6-da Qubadlı uğrunda döyüşlərdə həlak olub. Şəhriyar Həbibi ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Baxış sayı: 240
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
