FACT-INFO.AZ » İQTİSADİYYAT » İqlim dəyişmələri dayanıqlı inkişafın nəinki ekoloji, həm də iqtisadi-sosial aspektlərinə ciddi təsir göstərir
29-10-2024, 10:30 | İQTİSADİYYAT
İqlim dəyişmələri dayanıqlı inkişafın nəinki ekoloji, həm də iqtisadi-sosial aspektlərinə ciddi təsir göstərir

Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında davamlı inkişafının əsas komponenti olan yaşıl iqtisadiyyata keçid mühüm yer tutur. Azərbaycanın 5 milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması və su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Fact-info.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova ADA Universitetində keçirilən "Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı: Təsirlərin azaldılmasında davamlı həllər və innovativ təşəbbüslər" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, ekoloji problemlərdən biri olan qlobal iqlim dəyişmələri dayanıqlı inkişafın nəinki ekoloji, həm də iqtisadi-sosial aspektlərinə ciddi təsir göstərir. Şöbə müdiri bildirib ki, beynəlxalq ictimaiyyətin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür.

"Azərbaycan iqtisadiyyatının mühüm sektoru olan kənd təsərrüfatı iqlim dəyişikliklərinin təsirlərinə qarşı daha həssasdır. Quraqlığa davamlı məhsullar, səmərəli suvarma, ağıllı kənd təsərrüfatı təcrübələrindən yararlanmaqla ərzaq təhlükəsizliyinin təmin edilməsi qarşıya məqsəd qoyulub. Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadə ilə bağlı mühüm su təsərrüfatı infrastrukturları yaradılıb. Su itkilərinin qarşısının alınması məqsədilə suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarının artırılması və yeni su anbarlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Buna baxmayaraq, su ehtiyatlarına tələbatın artması fonunda iqtisadiyyatın bütün sahələrində qənaətedici su texnologiyalarından istifadənin daha böyük tətbiqi, suya tələbatın tullantı sularının təmizlənərək təkrar istifadəsi yolu ilə ödənilməsi mühüm əhəmiyyət kəsb edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən yaşıllaşdırma layihələrində əsas su mənbəyi kimi təkrar emal olunan sulardan istifadə olunur. Bu, həmçinin içməli su ehtiyatlarının qorunmasına, həm də suların təkrar dövriyyəsini təmin etməklə onlardan səmərəli istifadəyə gətirib çıxarır.

Ətraf mühitə buraxılan zərərli qazların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədilə ölkədə meşə və yaşıllıq ərazilərin genişləndirilməsi üçün kütləvi şəkildə ağacəkmə aksiyaları həyata keçirilir. Təkcə ötən il ölkə ərazisində 4 milyona yaxın ağac əkilib. Cari ildə 5 milyon ağacın əkilməsi hədəflənib. Hazırda payız əkin mövsümünə start verilib. Bir çox dövlət qurumları, ictimaiyyət nümayəndələri, məktəblilərlə birlikdə ağacəkmə aksiyaları keçiririk", - deyə S.Məmmədova qeyd edib.




Baxış sayı: 65
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30