FACT-INFO.AZ » SİYASƏT » Ukraynalı deputat: COP29-un Bakıda keçirilməsi Azərbaycanın bərpaolunan enerji sahəsində ciddi oyunçuya çevrilməsindən xəbər verir
28-10-2024, 19:30 | SİYASƏT
Ukraynalı deputat: COP29-un Bakıda keçirilməsi Azərbaycanın bərpaolunan enerji sahəsində ciddi oyunçuya çevrilməsindən xəbər verir

Bakıda keçiriləcək COP29 konfransı iqlim dəyişmələrinə qarşı qlobal səylərdə əsas addımlardan biridir. Onun məqsədi iqlim dəyişmələri ilə bağlı problemlərin aradan qaldırılması üçün siyasi iradənin və lazımi maliyyə resurslarının səfərbər edilməsi, bu sahədə məqsədlərə nail olmaq üçün strategiyaların həyata keçirilməsidir. Fact-info.az xəbər verir ki, bu barədə AZƏRTAC-a xüsusi müsahibəsində Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux bildirib.

Deputat vurğulayıb ki, COP29-da razılaşdırılacaq İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi inkişaf etməkdə olan ölkələrin ehtiyac və prioritetlərini əks etdirməklə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının məqsədlərinə nail olmaq üçün özəl maliyyənin səfərbər olunmasını nəzərdə tutur. Bundan əlavə, 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün lazım olan tədbirləri gücləndirməkdə kömək edərək, emissiyaların azaldılması üzrə milli öhdəliklərə ciddi diqqət yetiriləcək.

“COP29-da, həmçinin bərpaolunan enerji mənbələrinə investisiyaların artırılması, enerji səmərəliliyinin artırılması və iqlim dəyişmələrinə görə ən çox riskə məruz qalan regionlar üçün uyğunlaşma tədbirlərinin dəstəklənməsi müzakirə ediləcək. Bu tədbirlər daha dayanıqlı iqtisadiyyata keçidi stimullaşdırmaq və həssas ölkələri iqlim böhranlarının təsirindən qorumaq məqsədi daşıyır.

Beləliklə, COP29 emissiyaların azaldılması və iqlim risklərinin yumşalması üzrə qlobal məqsədlərə nail olmaq üçün zəruri olan yeni maliyyələşmə mexanizmlərinin işlənib hazırlanmasında və texnologiyaların tətbiqində mühüm addım olacaq”, - deyə Valeri Kolyux qeyd edib.

Ukraynalı deputat vurğulayıb ki, Azərbaycan konvensiyanın və Paris Sazişinin müddəalarının həyata keçirilməsi üçün bir çox tədbir görür, şəffaflığın artırılması, iqlim maliyyələşməsinin dəstəklənməsi və enerjiyə qənaət edən texnologiyaların tətbiqi istiqamətində təşəbbüslər göstərir.

“Konfransın Bakıda keçirilməsi Azərbaycanın bərpaolunan enerjidən istifadə və enerji səmərəliliyi, iqlim dəyişmələrinə qarşı qlobal mübarizə üçün ekoloji texnologiyaların tətbiqi sahəsində ciddi geosiyasi oyunçuya çevrilməsindən xəbər verir”, - deyə Valeri Kolyux bildirib.




Baxış sayı: 145
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30