Ermənistan, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü kimi, Azərbaycanın günahsız mülki əhalisinə qarşı ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları ədalət məhkəməsinə vermək öhdəliyi və hüquqi məsuliyyət daşıyır.
Fact-info.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.
“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kaset sursatları ilə yüklənmiş “Smerç” raketləri ilə bombardman edilməsindən 4 il ötür. Bunun nəticəsində təxminən 30 günahsız mülki şəxs həlak olub, 100-dən çox insan ağır yaralanıb. Ermənistan Respublikası, BCM üzvü kimi Azərbaycanın günahsız mülki əhalisinə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları ədalət məhkəməsinə vermək öhdəliyi və hüquqi məsuliyyət daşıyır”, – o qeyd edib.
4 years passed since bombing of Barda city and surrounding villages of Azerbaijan by Armenian armed forces with Smerch missiles loaded with cluster ammunitions. As a result of which around 30 innocent civilians killed, 100 more seriously wounded. As a party to ICC, Republic of… pic.twitter.com/tdQJ6xEIpJ
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 27, 2024
Baxış sayı: 90
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
