FACT-INFO.AZ » XƏBƏR » BRICS-in prinsipləri Azərbaycanın milli maraqlarına cavab verir
27-10-2024, 11:30 | XƏBƏR
BRICS-in prinsipləri Azərbaycanın milli maraqlarına cavab verir

Avropa və Asiyanın qovuşuğunda yerləşən, Şərq və Qərb dövlətləri ilə həm ikitərəfli, həm də müəyyən ittifaqlar çərçivəsində güclü əlaqələr qurmağı bacaran Azərbaycanın multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiya həyata keçirməsi olduqca məntiqlidir. Ölkəmizin milli maraqlarını qorumaq şərti ilə müxtəlif birliklərdə təmsil olunması balanslı xarici siyasət kursunun dəyişməzliyindən xəbər verir. Bu mənada Bakının BRICS çərçivəsində əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiqdirlər. Platforma dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Bütün bunlar Azərbaycanın milli maraqlarına cavab verən faktorlar olduğu üçün ölkəmiz “Outreach”/“BRICS+” formatında təmsil olunmaq istəyini ifadə edib.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Prezident İlham Əliyevin Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı Azərbaycana və onun liderinə ehtiramın göstəricisidir: “2006-cı ildə yaradılan və hazırda 9 üzvü olan BRICS-in sonuncu sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreşin qatılması onun artan nüfuzundan xəbər verir. Dünyanın aparıcı siyasi, iqtisadi ittifaqlarının Azərbaycanı öz sıralarında görmək istəmələri və buna can atmaları təbiidir. Ölkəmiz dünyada böyük nüfuza sahibdir və etibarlı tərəfdaş kimi qəbul olunur. Nəzərə alaq ki, ölkəmiz dünyada BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına 4 il sədrlik edib. Qoşulmama Hərəkatında uğurlu sədrliyimizdən sonra Azərbaycan bu təşkilatda hələ də aktiv və səmərəli fəaliyyət göstərir. Azərbaycanın COP29-a Sədrliyi dünya iqlim diplomatiyasına mühüm töhfələr verir. Beynəlxalq nüfuzumuzu və təcrübəmizi nəzərə alan BRICS ölkələri Azərbaycan Prezidenti İlham Əliyevi Kazan şəhərində keçirilən sammitdə görməkdən çox məmnun oldular. BRICS platforması geniş iqtisadi imkanlar və fürsətlər blokudur. Bu platformanın siyasi prinsipləri qarşılıqlı hörmət və yaxın dostluq məramlarına söykənir, üzv ölkələr arasında bərabərhüquqlu, etimad, dəstək və həmrəylik ruhunu möhkəmləndirir, iqtisadi münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir. BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. BRICS qrupunun üzvləri olan Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı dünya iqtisadiyyatında xüsusi paya sahibdirlər. Qlobal iqtisadi proseslərə təsir etmək gücündə olan bu ölkələr əhəmiyyətli tranzit-logistika marşrutlarına və dəhlizlərə malikdirlər”.

Mehriban Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında yeni iqtisadi inkişaf istiqamətləri, beynəlxalq əməkdaşlığın əsas vektorları, o cümlədən Azərbaycanın qlobal təşəbbüsləri barədə çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb: “Gələn ay Bakı beynəlxalq iqlim konfransına – COP29-a ev sahibliyi edəcək. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. BRICS-ə üzv dövlətlərin öz iqtisadi resurslarını dünya bazarına çıxarması onların Azərbaycanın tranzit imkanlarından istifadə etməsini zəruri edir. Eyni zamanda, ölkəmiz uğurlu hərbi əməliyyat həyata keçirməklə torpaqlarımızı azad edib, 30 illik işğala son qoyub və regionda yeni reallıqlar yaradıb. Ölkəmizin irəli sürdüyü sülh təşəbbüsü dünya dövlətləri tərəfindən müsbət qarşılanıb. BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş də Bakının sülh təşəbbüslərinin bir elementidir. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib”.




Baxış sayı: 105
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30