FACT-INFO.AZ » İQTİSADİYYAT » TDT-nin növbəti nazirlər toplantısı Azərbaycanda keçiriləcək
27-10-2024, 10:30 | İQTİSADİYYAT
TDT-nin növbəti nazirlər toplantısı Azərbaycanda keçiriləcək

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya nazirlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürülüb.

Fact-info.az xəbər verir ki, bu fikirləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin İstanbul şəhərində keçirilən TDT-nin Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar nazirlərinin 1-ci Toplantısında səsləndirib.

Təklif iştirakçı ölkələr tərəfindən qəbul olunub.

M. Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır keçiriləcək müzakirələrin və ikitərəfli görüşlərin səmərəli olacağına, gələcək əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev təşkilata üzv dövlətlər arasında tarixi və mədəni ortaqlığın zəruriliyindən irəli gələn əməkdaşlığın önəmini vurğulayıb və qarşılıqlı fəaliyyətin gücləndirilməsində toplantının əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Toplantıda iqtisadiyyat naziri M. Cabbarov qeyd edib ki, Türk dövlətləri arasında birgə fəaliyyətin gücləndirilməsi ölkələrimizin rifahına, iqtisadi artıma və dayanıqlı inkişafa təminat verir. Azərbaycan türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirir, türk dünyasındakı inteqrasiya proseslərinə dəstək verir. Vurğulanıb ki, İstanbulda keçirilən bugünkü tədbir qeyri-neft sənayesinin inkişafı, ticarət və investisiyaların təşviqi, KOB, müasir texnologiyaların tətbiqi, elm, innovasiya və rəqəmsallaşma sahələrində təşəbbüslərimizin artırılması imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyətli olacaq.

Bildirilib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib, ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı, çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub. Həmçinin işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən yeni sənaye zonalarının yaradılması, bu ərazilərdə sahibkarlar üçün əlverişli təşviq paketlərinin qəbulu, regionun yaşıl enerji zonası elan edilməsi inkişafın sürətləndirilməsinə yönəlmiş addımlardandır.

İqtisadiyyat naziri bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək ölkəmizin elan etdiyi müxtəlif qlobal təşəbbüsləri də diqqətə çatdırıb.

Tədbirdə qeyd edilib ki, TDT ölkələri üçün investisiyalar iqtisadi inkişaf və makroiqtisadi sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bundan irəli gələrək investisiyalar sahəsində də TDT ölkələri arasında son illərdə mühüm işlər görülüb, üzv dövlətlərinin iqtisadi inkişafını stimullaşdırmaq məqsədilə Türk İnvestisiya Fondu təsis edilib. Bundan başqa, Azərbaycanla Özbəkistan, Azərbaycanla Qırğızıstan və Azərbaycanla Qazaxıstan arasında yaradılmış investisiya fondları ölkələrin iqtisadi inkişafına, rifah səviyyəsinin yaxşılaşdırılmasına töhfə verəcək.

Nazir, həmçinin Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılmasının, Tədqiqat və İnkişaf (R&D) fəaliyyətlərinin vacibliyini vurğulayıb, texnologiya, bilik və maliyyə resurslarına çıxışı asanlaşdıracaq institusional platformalar barədə də məlumat verib, Türk Dövlətləri Təşkilatı ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya nazirlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürüb. Təklif iştirakçı ölkələr tərəfindən qəbul olunub. İclasda təşkilata üzv dövlətlərin təmsilçilərinin çıxışları dinlənilib, Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısının yekunlarına dair Birgə Bəyannamə qəbul edilib.




Baxış sayı: 205
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30