Fact-info.az xatırladır ki, Vətən müharibəsində Bərdə rayonu da Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə məruz qalıb. 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə endirilən zərbələr nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 5 dinc sakin həyatını itirib, 14 mülki şəxs yaralanıb.
Belə ki, Ermənistan silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində 1970-ci il təvəllüdlü Cəfərova Ofeliya Məcid qızı, 1959-cu il təvəllüdlü Əhmədova Aybəniz Əşrəf qızı, 1980-ci il təvəllüdlü İsmayılov Ehtiram Xəlil oğlu, 1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub.
Ümumilikdə isə 2020-ci il oktyabrın 5-i, 8-i, 27-si və 28-də, həmçinin noyabrın 7-də Bərdə rayonunda törədilən terror aktları nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Baxış sayı: 130
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
