FACT-INFO.AZ » AKTUAL » Zəfər tariximizin təntənəli şəkildə qeyd olunması qürurvericidir
24-10-2024, 17:30 | AKTUAL
Zəfər tariximizin təntənəli şəkildə qeyd olunması qürurvericidir

“Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsinin 4 ili tamam olur. Bu tarix, həm də “Qubadlı Şəhəri Günü” kimi qeyd ediləcək. Zəfər tariximizin təntənəli şəkildə qeyd olunması qürurvericidir”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Vətən müharibəsində Qubadlının işğaldan azad edilməsi müharibənin taleyində mühüm rol oynayıb. Azərbaycan Prezidenti İlham Əliyev də Qubadlının işğaldan azad olunmasının birinci ildönümündə Qubadlı ictimaiyyəti ilə görüşündə  bu məqamı xüsusi vurğulamışdı. Çünki Qubadlıdan sonra Azərbaycan Ordusu Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdi. Beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü. Bu isə artıq müharibənin taleyinin həll edilməsi demək idi. Düzdür, hələ Şuşa uğrunda şiddətli döyüşlər irəlidə idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı. Ancaq dövlət başçısının da qeyd etdiyi kimi, artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq. Şuşanın işğaldan azad edilməsindən sonra düşmən məğlubiyyətin qaçılmaz, müqavimətin mənasız olduğunu, ordusunun qalıqlarının da məhv ediləcəyini dərk etdi. Buna görə də noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul etdi, etiraf etdi, bu məğlubiyyətlə barışdı və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı.
Deputat şəhidlərimizin bizim qəlbimizdə əbədi yaşayacağını, Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillərin həmişə şəhidlərimizlə fəxr edəcəyini vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, artıq Qubadlı şəhərində və bir sıra kəndlərdə bərpa işlərinin təməli atılıb. İşğal dövründə Qubadlı şəhəri də demək olar ki, yerlə-yeksan edilib. Amma qürurvericidir ki, möhtəşəm quruculuq işlərinə start verilib. Dövlət başçısı İlham Əliyev Baş plan hazırlanarkən Qubadlının təbiəti, tarixi keçmişinin nəzərə alınması barədə tapşırıq verib. Ümumiyyətlə, bu məqama işğaldan azad olunmuş bütün ərazilərdə bərpa və yenidənqurma işlərində xüsusi önəm verilir. Digər tərəfdən, indi Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə edəcəklər.
Eyni zamanda, Qubadlı rayonu ərazisindən iki böyük çay – Bazarçay və Həkəri çayı keçir. Bu, böyük sərvətdir, çünki indiki şəraitdə su resursları dünyada gələcəkdə əsas yəni, yaşayış üçün əsas resurs kimi artıq tanınır. Bütün bunları nəzərə alaraq, gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması da dövlət başçısının xüsusi diqqətindədir. Bütün bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da cənnətə çevriləcək.

Fatma Yıldırım qeyd edib ki, tarixi Qələbəmizdən bu günədək Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara səfərləri bu sevinci xalqla paylaşmaq istəyini aydın şəkildə nümayiş etdirir:

“Tezliklə bütün planlar həyata keçəcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayacaq. Qarabağla, Şərqi Zəngəzurla Azərbaycan dünyaya özünün yeni inkişaf modelini təqdim edəcək. Qürurverici haldır ki, bu gün uğurlu layihələrin icrası sürətlə və operativ şəkildə həyata keçirilir. Müharibədə qazandığımız zəfərimiz bizi daha da gücləndirir və qüdrətləndirir. Ölkəmiz bütün sahələrdə sürətlə irəliləyir və bu dünya təcrübəsində çox nadir rast gəlinən inkişaf tempidir. İşğaldan azad olunmuş rayonlarımızda beynəlxalq standartlara cavab verən hava limanlarının, su elektrik stansiyalarının istifadəyə verilməsi, avtomobil yollarının, tunellərin və digər infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin iqtisadi qüdrətinin təntənəsindən xəbər verir. Bir sözlə, bu gün Qubadlı rayonunun da gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin may ayında Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Birinci Böyük Qayıdış Proqramı çərçivəsində minlərlə Qubadlı sakini dogma torpaqlarına qayıtmaq sevincini yaşayacaq”.




Baxış sayı: 270
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30