FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri açıqlanıb
24-10-2024, 10:30 | MƏDƏNİYYƏT
“İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri açıqlanıb

COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən iqlim dəyişmələri mövzusunda məlumatlılığın artırılması, eləcə də ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmə məsələlərinə töhfə vermək məqsədilə həyata keçirilən “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri açıqlanıb.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən verilən xəbərə görə, avqust ayının 1-də COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən dünya fotoqraflarını iqlim dəyişmələri ilə bağlı vizual hekayələr vasitəsilə qlobal dialoqa qoşulmağa dəvət etmək, aktual iqlim problemlərinə ictimaiyyətin diqqətini yönəltmək və aktiv maarifləndirməni dəstəkləmək məqsədilə elan edilən “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqə layihəsi başa çatıb.

Bir aydan artıq davam edən layihəyə ümumilikdə 20-yə yaxın müxtəlif ölkədən fotoqraflar öz orijinal işləri ilə qoşularaq, iqlim dəyişmələrinin həyatımızın müxtəlif sahələrinə təsirlərini fərqli yanaşmalar ilə təsvir etməyə çalışıblar. Azərbaycanlı fotoqraflarla yanaşı, layihədə ABŞ, Almaniya, İspaniya, İtaliya, Polşa, Macarıstan, Rusiya, Hindistan, Argentina, Myanma, Nigeriya, Tacikistan, Nepal, İraq, Əfqanıstan kimi ölkələrdən olan istedadlı fotoqraflar iştirak ediblər.

Peşəkar münsiflər heyəti tərəfindən müsabiqənin qaydaları və meyarlarına əsasən bir sıra müxtəlif kriteriyalar üzrə aparılan qiymətləndirmə prosesi nəticəsində layihənin qalibləri müəyyən olub. Beləliklə, myanmalı fotoqraf So Pyay Lynn “Çətin həyat” adlı fotosu ilə birinci, macarıstanlı fotoqraf Adam Fath “Quruyan gölün çiçəkləri” fotosu ilə ikinci, nigeriyalı fotoqraf Adebote Mayova isə “Makoko” əsəri ilə üçüncü yerə layiq görülüblər. Sözügedən fotoşəkillər iqlim dəyişmələrinin qlobal təsirlərini əks etdirməklə bu ortaq problemin həll yolları üzərində düşünməyə, onu daha dərindən dərk etməyə dəvət edir.

Qeyd edək ki, müsabiqənin şərtlərinə əsasən, noyabr ayının 20-sində layihənin seçilmiş fotoşəkillərindən ibarət sərgi COP29 konfransı çərçivəsində Yaşıl Zonada yerləşəcək Azərbaycan pavilyonunda təşkil ediləcək. İqlim fəaliyyətinin dinamik mərkəzi olacaq COP29-un Yaşıl Zonasında bu ekspozisiyanın təşkili müsabiqə iştirakçıları və qaliblərinə öz əsərləri ilə ünvanlamaq istədikləri çağırışların qlobal auditoriyaya çatdırılması, eləcə də qarşılıqlı əlaqələrin qurulması və beynəlxalq səviyyədə tanıdılmasına xidmət edəcək.




Baxış sayı: 95
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia 8-10-2026, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib 8-10-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031