FACT-INFO.AZ » XƏBƏR » COP29 ərəfəsində Avropa Parlamentindən Azərbaycana yönəlmiş növbəti hibrid təhdid
23-10-2024, 19:30 | XƏBƏR
COP29 ərəfəsində Avropa Parlamentindən Azərbaycana yönəlmiş növbəti hibrid təhdid

Oktyabrın 22-də Avropa Parlamentində Azərbaycana qarşı növbəti müzakirələr keçirilib. “Azərbaycandakı vəziyyət, insan haqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” mövzusunda təşkil edilmiş bu tədbir şübhəsiz ki, təsadüfi xarakter daşımır və Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyası ilə birbaşa bağlıdır.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Gülşən Paşayeva deyib.

Deputat qeyd edib ki, 1994-cü ildən dünyanın müxtəlif ölkələrində hər il təşkil edilən COP sessiyaları ətraf mühitin çirklənməsinin qarşısının alınması istiqamətində müzakirələrə həsr olunur. Azərbaycanın da belə bir mötəbər tədbirin 29-cu sessiyasına bu il ev sahibliyi etməsi dünya ictimaiyyəti tərəfindən ölkəmizə göstərilən etimadın bariz nümunəsidir. “Yaşıl dünya naminə həmrəy olaq!" şüarı altında keçiriləcək COP29 çərçivəsində Azərbaycanın beynəlxalq səviyyədə rolu güclənməklə yanaşı, ölkəmizin davamlı iqlim təcrübələrinə etdiyi öhdəliyi də qlobal iqlim gündəliyində diqqətə çatdırılacaq.

“Bu baxımdan Avropa Parlamentində dünən təşkil edilmiş müzakirələr Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzuna mənfi təsir göstərmək və ölkəmizə qarşı növbəti dəfə təzyiq nümayiş etdirmək kimi qiymətləndirilməlidir. Ötən illər ərzində Avropa Parlamentində keçirilən bu tipli müzakirələr və eləcə də bu təsisat tərəfindən qəbul edilmiş çoxsaylı qətnamələr Azərbaycana qarşı qərəzli mahiyyəti ilə seçilmiş və adətən onlarda əks edilən məsələlər posthəqiqət elementlərini özündə ehtiva edərək, obyektiv faktların subyektiv emosiyalarla əvəzlənməsi ilə müşayiət olunub”, - deyə Gülşən Paşayeva bildirib.

O deyib ki, ilk növbədə, Azərbaycana qarşı belə bir yanlış münasibətin sərgilənməsi erməni diasporunun və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatlarının uzun illər ərzində apardığı məqsədyönlü fəaliyyəti ilə əlaqələndirilməlidir. Əfsuslar olsun ki, bu qüvvələr və onların havadarları Ermənistan-Azərbaycan qarşıdurmasındakı real faktları təhrif edərək, müəyyən mənada alternativ bir reallıq gündəmə gətırməyə daim çalışmışlar. 2020-ci ildə baş vermiş Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatından sonra da onlar bəzi real faktları təhrif edərək, subyektiv emosiyalar əsasında narrativlər yaratmağa qismən nail olmuşlar. Məsələn, belə narrativlər arasında 2023-cü ilin sentyabrında antiterror əməliyyatından sonra Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycan dövlətinin vətəndaşı olmaqdan boyun qaçıraraq könüllü şəkildə bu ərazini tərk etməsi faktının qondarma “etnik təmizləmə” kimi qələmə verilməsini və ya Azərbaycanın vaxtilə ərazisinin beşdəbir hissəsini işğal etməklə bir milyona yaxın azərbaycanlının məcburi şəkildə öz evlərindən qovulmasında, bu günə qədər 4000-ə yaxın insanın hələ də itkin düşməsində, öldürülməsində, onlara qarşı Xocalı qətliamının törədilməsində təqsirləndirilən müharibə cinayətkarlarının hərbi əsir kimi qaytarılmasını göstərmək olar.

“Digər tərəfdən, insan hüquqları məsələsi daim Azərbaycana qarşı siyasi məqsədlər üçün bir alət kimi istifadə edilir. Bu baxımdan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiasının kökündən yanlış olması fikri ilə razılaşmamaq qeyri-mümkündür.

Beləliklə, Avropa Parlamentində keçirilmiş müzakirələrdə həm Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelin İş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmit tərəfindən təqdim etdiyi bəyanatı, həm də müzakirələrdə qaldırılan bir sıra məsələlər qərəzli xarakter daşımaqla yanaşı, reallığı tam əks etdirmir və Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilməlidir”, - deyə deputat vurğulayıb.




Baxış sayı: 85
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia 8-10-2026, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib 8-10-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031