FACT-INFO.AZ » SİYASƏT » "Azərbaycanın iqlimlə bağlı rolu regional sülh səylərinin bir hissəsidir" - Hikmət Hacıyev
23-10-2024, 12:00 | SİYASƏT
"Azərbaycanın iqlimlə bağlı rolu regional sülh səylərinin bir hissəsidir" - Hikmət Hacıyev

"Neft hasil edən dövlətləri uyğun olmayan ev sahibi kimi qiymətləndirmək ikiüzlü oyundur. Gələn ay Azərbaycan COP29-a ev sahibliyi edəcək və artıq 28-ci dəfədir ki, iqlim sammiti neft və qaz hasil edən ölkədə keçiriləcək".

Fact-info.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın “Financial Times” nəşrinə açıqlamasında söyləyib. Hikmət Hacıyev qeyd edib ki, İsveçrə istisna olmaqla, bu konfransa ev sahibliyi edən ölkələrin hamısı hasilatla məşğuldur. İstisnasız olaraq, dünyanın bütün ölkələri qazıntı yanacağı istehlakçısıdır. Belə əsassız iddianın əvəzinə, bu ölkənin ev sahibliyi etmək üçün hansı yolu keçdiyini, nəyə nail olmağı planlaşdırdığını və bunun səbəbini soruşmaq daha məntiqli olardı. Azərbaycan bu il iqlim konfransına ev sahibliyi edəcəyini əsla gözləmirdi; biz 30 ildir ərazimizin az qala beşdə birini işğal edən qonşu Ermənistan tərəfindən təklifimizə veto qoyulacağını gözləyirdik. Bununla belə, ötən ilin dekabrında gözlənilməz razılaşmaya əsasən, Ermənistan davam edən sülh danışıqlarının bir hissəsi kimi Azərbaycanın ev sahibliyini dəstəkləməyə razılaşdı. Danışıqlar davam edir və mühüm irəliləyiş əldə olunub. Sərhəd delimitasiyası komissiyaları fəal işləyirlər. Ermənistan komissiyası 1990-cı ildə postsovet ölkələri arasında sərhədlərin suverenliyinə dair öhdəliyi təsbit edən Alma-Ata Bəyannaməsini bu yaxınlarda qəbul etdi. Çoxları COP-dan əvvəl rəsmi sülh sazişinin imzalanmasını istərdi, lakin danışıqlar otağında sazişi razılaşdıran iki tərəfin çox fərqli təklifləri var. Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı revanşist ərazi iddiası yer alır. Sülh sazişini yekunlaşdıra biləcəyimiz sürət daha çox Ermənistanın bu məsələni nə qədər tez həll edə biləcəyindən asılıdır. Bunu durğunluq adlandıran tənqidçilər özlərinə sual verməlidir ki, hələ də onlara qarşı ərazi iddiası irəli sürən keçmiş düşməni ilə sülh sazişi imzalaya bilərmi? Bununla belə, sazişin imzalanmasının COP-un başlayacağı vaxta qədər baş verib-verməyəcəyindən asılı olmayaraq, göstərilən səylər baxımından bu tədbir sülh konfransı olacaq.

Prezidentinin köməkçisi vurğulayıb: “Builki COP-da qazıntı yanacaqlarından qlobal keçidi reallığa çevirmək üçün maliyyə məqsədinin – “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin geniş təşviqinə diqqət yetiriləcək. Bundan əlavə, Azərbaycan neft və qaz hasil edən digər dövlətlərin və şirkətlərin sərmayə qoyacağını gözlədiyimiz iqlim fondu yaradıb. Azərbaycan neft və qaz istehsalçısı olan ölkənin bərpaolunan enerjiyə necə keçid edə biləcəyi örnəyini nümayiş etdirir. Biz təkcə regionun ən böyük bərpaolunan layihələrini həyata keçirmirik, həm də mədən yanacağından elektrik enerjisi ixracına keçid edirik. Azərbaycan Aİ ilə tərəfdaşlıq şəraitində Xəzər dənizinin külək enerjisini qitə ilə əlaqələndirmək üçün Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsini inkişaf etdirir. Xarici enerji bazarlarını hərəkətə gətirən tələbata təsir edə bilməsək də, təklif tərəfini yenidən formalaşdırırıq. Azərbaycan COP-a ev sahibliyi edir, çünki biz sülh yolu ilə gedirik. COP-da biz qazıntı yanacaqlarından bərpaolunan mənbələrə ədalətli keçidi maliyyələşdirmək üçün yeni fondların tərəfdarı olacağıq, bu dəyişikliyi artıq özümüzdə fəal surətdə davam etdiririk




Baxış sayı: 95
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30