Bu gün, 20 Oktyabr - Zəngilan Şəhəri Günüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin ən şanlı səhifələrindən biri olaraq, 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri və ətraf kəndləri erməni işğalından azad edilib.
Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 20 Oktyabr - Zəngilan Şəhəri Günü kimi qeyd edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Fact-info.az-a bildirilib ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilanın Ağalı kəndinə köçürülən sakinlərin məşğulluğunun təminatı istiqamətində ardıcıl işlər aparır.
Qeyd olunub ki, onlardan artıq 313 sakinin məşğulluğu təmin edilib. Habelə Ağalı sakinlərindən 26 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub, 36 sakin isə peşə hazırlığı kurslarına cəlb edilib.
2022-ci ilin may ayında Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi də açılıb və hazırda məntəqədə operator işi ilə təmin edilərək DOST xidməti göstərən şəxs də elə Ağalı kəndinin sakinidir.
Baxış sayı: 180
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
