Milli Kitabxanada Zəngilan şəhərinin azad olunması münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan Fact-info.az-a bildirilib ki, virtual sərgidə fotolar, Zəngilan şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında nəşrlər, Vətən müharibəsi və böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda qorunan kitablar, məqalələr Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.
Ənənəvi sərgidə Zəngilan şəhərinin toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar yer alıb.
Sərgi bir həftə davam edəcək.
Baxış sayı: 25
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
