FACT-INFO.AZ » AKTUAL » Cəlil Xəlilov: “Türkdilli dövlətlərin veteran təşkilatları ilə əlaqələri genişləndirəcəyik”
18-10-2024, 12:30 | AKTUAL
Cəlil Xəlilov: “Türkdilli dövlətlərin veteran təşkilatları ilə əlaqələri genişləndirəcəyik”

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması təklifi ilə çıxış etmişik”  “Hərbi qurumlar və təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirmək niyyətindəyik” “Azərbaycanın haqlı mövqeyinin xaricdə çoxsaylı tərəfdarlar qazanması başlıca hədəflərimizdən olacaq”

Məlum olduğu kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 sentyabr  2024-cü il tarixli XI plenumunda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə Təşkilatın gələcək fəaliyyəti, həyata keçiriləcək mümkün yeniliklər haqqındakı suallarımıza cavab almağa çalışdıq.

 -Cəlil müəllim, öncə sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI qurultayında sədr seçilməyiniz münasibətilə təbrik edir, uğurlar arzulayırıq. Maraqlıdır, bundan sonra Təşkilatın fəaliyyətində hansı dəyişikliklər, yeniliklər olacaq?

 - Təşəkkür edirəm. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün istiqamətlərdə fəaliyyətinin daha səmərəli və operativ təşkili məqsədi ilə mövcud strukturun təkmilləşdirilməsi, rayon şöbələrinin maddi-texniki bazasının, maliyyə təminatının yaxşılaşdırılması əsas məqsədimizdir. Çünki istənilən uğurlu fəaliyyətin arxasında dövrün çağırışlarına cavab verən mobil struktur və düzgün kadr siyasəti dayanır. Bununla yanaşı, Təşkilatımızın yerli şöbələrinin fəaliyyətinin stimullaşdırılması, onların öz rayonlarının ictimai-siyasi həyatında daha fəal iştiraklarının təmin olunması, ərazidəki dövlət orqanları və ictimai təşkilatlarla işgüzar əlaqələrinin gücləndirilməsi qarşımızda duran əsas vəzifələrdəndir.  Məlumat üçün bildirim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının demək olar ki, respublikamızın bütün raynlarında şöbələri mövcuddur. Onlar öz fəaliyyətlərini Təşkilatın illik tədbirlər planlarına uyğun qurmaqla, yerlərdə veteranlar, gənclər arasında iş aparır, vətənprəvərlik tərbiyəsinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində mütəmadi addımlar atırlar. Lakin onların fəaliyyətinin günümüzün tələbləri səviyyəsində qurmaq üçün mövcud maddi-texniki bazanın gücləndirilməsinə ciddi ehtiyac var. Bu baxımdan, gələcək fəaliyyətimizdə rayon şöbələri ilə təmasların daha da sıxlaşdırılması, Təşkilatın bütün bölgələrdə fəaliyyətinin gücləndirilməsi prioritet istiqmaətlərimizdən biri olacaq.

 - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə, gənclərin öz xalqına, Vətəninə, dövlətinə sədaqət ruhunda yetişməsinə xüsusi diqqət göstərib. Təşkilatın əsas fəaliyyət prioritetlərindən olan bu istiqamətdə işin daha səmərəli qurulması üçün nələri planlaşdırırsınız?

 - Şübhəsiz, bu məsələ Təşkilatımızın əsas və ənənəvi fəaliyyət istiqamətlərindən biri kimi daim diqqət mərkəzimizdədir. Gənclərin vətənpərvər, öz xalqını, dövlətini, Vətənini sevən və ona layiqincə xidmət etməyə daim hazır olan şəxslər kimi yetişdirilməsi, onların milli-mənəvi dəyərlərə sədaqət ruhunda böyüməsi indiki həssas dönəmdə ikiqat əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə gənclərin vətənpərvərlik və mili-mənəvi dəyərlərə sadiq şəkildə yetişdirilməsinin önəminə toxunub, bunun xalqımızın, dövlətimizin bugünü və gələcəyi baxımından önəmini qeyd edib. Bildiyiniz kimi, bu ilin sentyabr ayının 14-də VII çağrış Milli Məclisin açılışındakı nitqində dövlətimizin başçısı bu məsələlərə xüsusi diqqət yetirərək demişdir: “Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq, sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri,düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır”. Dövlət başçısının vurğuladığı kimi, məhz gənclərin vətənpərvərlik eşqi,Vətənə, torpağa, bayrağa olan məhəbbəti düşmənin darmadağın edilməsi, işğaldakı torpaqlarımızın azad edilməsinə səbəb oldu. Erməni faşizmi gənclərimizin vətən sevgisi qarşısında davam gətirə bilmədi. Biz bu gün gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsinə xüsusi diqqət yetirməli, onların yad ideologiyalardan qorunması üçün lazımi iş aparmalı, bütün bu istiqamətdə əməli addımlar atmalıyıq. Bu məqsədlərin uğurla reallaşdırılması məqsədi ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, o cümlədən Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə müvafiq iş planlarının hazırlanması və həyata keçirilməsini təmin etməyə çalışacağıq. Şübhə etmirəm ki, birgə, əlaqələndirilmiş fəliyyət öz nəticələrini verəckdir. Qeyd edim ki, Təşkilatımız bu məqsədlə ötən illərdə də bu istiqamətdə bir sıra görüşlər keçirib, layihələr gerçəkləşdirib. Bu gün isə biz bu əməkdaşlığın miqyasını genişləndirməklə, daha çox gəncin bu layihələrdən bəhrələnməsini təmin etməklə bərabər, fəaliyyətimizin konkretliyini, səmərəliliyini yüksəlməli, hədəfyönlü olmalıyıq. İnanıram ki, biz səylərimizi artırmaqla, peşəkar kadrları cəlb etməklə bu işin də öhdəsindən gələ biləcəyik. Həmişə olduğu kimi, müxtəlif kateqoriyadan olan veteranlar, Vətən müharibəsi qaziləri və şəhidlərin ailə üzvləri ilə Təşkilatımızın mərkəzi ofisində, rayon şöbələrində, hərbi hissələrdə, universitet və orta məktəblərdə mütəmadi görüşlərin təşkili, Müdafiə Nazirliyinin Milli Müdafiə İnstitutunda, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətlərinin Akademiyalarında, digər hərbi təmayüllü məktəblərdə təhsil alan gənc hərbçilərlə görüşlərin keçirilməsi də diqqət  mərkəzimizdə olacaq.

 -Cəlil müəllim, şəhid ailələri və veteranlara qayğı dövlətimiz üçün prioritet məsələlərdən biridir. Bu istiqamətdə Təşkilatınız daha hansı addımların atılmasını məqsədəuyğun hesab edir?

 -Şəhid ailələri və veteranlarla bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılması, onların problemlərinin həlli ilə bağlı dövlət orqanları ilə əlaqələrin gücləndirilməsinə çalışacağıq. Veteranların sanator-kurort müalicəsi, istirahətləri və asudə vaxtlarının təşkili məsələlərinin diqqətdə saxlanılması da həyata keçirəcəyimiz layihələrdə yer alacaq.  Ümumiyyətlə, hesab edirik ki, mövcud reallıqlar veteranlara, onların qayğı və tələbatlarına yeni bir baxışı zəruri edir. Buna görə də veteranların problemlərinin həllində mühüm rol oynayacağını nəzərə alaraq, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması üçün müvafiq dövlət orqanları ilə birgə işin təşkilini vacib sayırıq. Hesab edirik ki, 30 il əvvəl qəbul edilmiş bu qanunda zəruri dəyişikliklərin olunması artıq günün tələbidir. Ona görə də, bu qanunda mövcud reallıqlar nəzərə alınmalıdır. Biz bununla bağlı təkliflərimizi aidiyyatı dövlət orqanların diqqətinə çatdırmışıq və lazım gələrsə, qanunun yeni variantının hazırlanmasında yaxından iştirak edə bilərik.

 - Ölkədə öz üzvlərinin sayına və digər parametrlərinə görə əsas veteran təşkilatı olaraq beynəlxalq əlaqələrinizin genişləndirilməsi və xarici veteran təşkilatları ilə münasibətlərin yeni keyfiyyət mərəhələsinə yüksəldilməsi üçün hansı planlarınız var?

 - Bu istiqamətdə fəaliyyətimizi əsaslı şəkildə canlandırmağı düşünürük. Çünki bu gün dünyada haqq səsimizin eşidilməsi, milli mənafelərimizin qorunması üçün dostlarımızın sayını artırmalı,Azərbaycana qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv münasibətlərin qarşısının alınmasında möhtərəm Prezidentimizin yeritdiyi uğurlu siyasətə hərtərəfli dəstək olmalıyıq. Təşkilatımızın türkdilli dövlətlərin, MDB ölkələrinin veteran təşkilatları və beynəlxalq veteran təşkilatları ilə əlaqələrinin gücləndirilməsi ilə Azərbaycanın haqlı mövqeyinin daha dolğun çatdırılması və yeni çoxsaylı tərəfdarlar qazanması üçün bu imkanlardan maksimum yararlanmağı düşünürük. Çünki dünyanın əksər ölkələrində veteran sözü getdikcə daha ucadan eşidilməkdə və dövlətlərin mövqeyinə təsir  imkanlarını artırmaqdadır. Əlbəttə, bunun üçün zəruri xarici səfərlərin təşkili məqsədi ilə Təşkilatımıza maliyyə imkanlarının yaradılması lazımdır və biz bu məslənin öz həllini tapacağına inanırıq
 -Təbliğat və təşviqat sahəsində hansı yeniliklər gözlənilir?
-Təşkilatımızın fəaliyyətinin ölkə ictimaiyyətinə daha operativ çatdırılması üçün AzTV,  yaxud  İctimai TV-nin proqramında ayda 1 saatlıq “Veteran saatı” verilişinin efirə verilməsi, elektron  media resursumuzun maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin daha da optimallaşdırılması da başlıca planlarımızdan biridir. Əminəm ki, dövlətimizin qayğısı, üzvlərinizin əməyi sayəsində bütün planlarımızın reallaşmasına nail olacaq və Təşkilatımızın tarixində yeni bir dönəmin başlanğıcını qoyacağıq.

- Uğur olsun!

- Çox sağ olun.

Seymur ƏLİYEV




Baxış sayı: 330
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia 8-10-2026, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib 8-10-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031