FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Pedaqoji Universitetdə yubiley tədbiri: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi -100
17-10-2024, 19:00 | MƏDƏNİYYƏT
Pedaqoji Universitetdə yubiley tədbiri: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi -100

Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə təhsil tariximizdə özünəməxsus yeri və rolu olan İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Bu barədə Fact-info.az-a universitetdən məlumat verilib.

Qonaqlar əvvəlcə Pedaqoji Universitetin foyesində Qərbi Azərbaycanda Azərbaycan ictimai-siyasi mühitini və İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin fəaliyyət dövrünü əks etdirən sərgi ilə tanış olub, universitetin Filologiya fakültəsinin tələbələrinin ifasında milli rəqslərə tamaşa edib, şeirlər dinləyiblər.

Tədbiri açan ADPU-nun prorektoru, Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma rəhbəri professor Mahirə Hüseynova 100 yaşlı İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin mövcud olduğu dövrdəki fəaliyyəti, keçdiyi şərəfli inkişaf yolu haqqında danışıb, məktəbin görkəmli məzunlarının adlarını xatırladıb. O bildirib ki, erməni şovinizmi əhatəsində milli məktəblərimizin pedaqoji kadrlarla təmin edilməsində İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin və adları təhsil tariximizə qızıl hərflərlə yazılmış fədakar müəllim kollektivinin misilsiz xidmətləri olub.

Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli milli-tarixi irsimizin tədqiqi və təbliği, xüsusən Qərbi Azərbaycan həqiqətlərinin təbliği baxımından bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə Pedaqoji Universitetin bir çox layihələr icra etdiyini, ali təhsil ocağında Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıblar.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri professor Vahid Novruzov, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Ramil Həsən, Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü professor Əvəz Ələkbərov çıxış edərək İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin Qərbi Azərbaycanda milli maarifçilik mühitinin inkişafında və formalaşmasındakı müstəsna xidmətləri, görkəmli məzunlarının elm, təhsil, mədəniyyət, dövlət quruculuğu sahələrindəki fəaliyyətləri barədə məlumat veriblər.

Tədbirdə, həmçinin ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova və dosent Cəlal Allahverdiyevin müəllifi olduqları “Tarixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi” kitabı təqdim olunub. Kitabda 1924-1948-ci illərdə fəaliyyət göstərən və Qərbi Azərbaycandakı milli məktəblərimizin pedaqoji kadrlarla təmin olunmasında müstəsna rolu olmuş məktəbin yaranması, inkişafı və məzunlarından bəhs edilir.

Sonda İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin fəaliyyətini əks etdirən film nümayiş olunub.




Baxış sayı: 135
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30