FACT-INFO.AZ » XƏBƏR » Gürcüstan hadisələrinə etinasız yanaşmaq olmaz
17-10-2024, 12:30 | XƏBƏR
Gürcüstan hadisələrinə etinasız yanaşmaq olmaz

Gürcü Arzusu partiyasının Qərblə münasibətlərində problemin dərinləşməsi və bu partiya təmsilçilərinin Rusiya ilə isti münasibətləri Gürcüstanda vəziyyəti gərginləşdirməkdə davam edir. 26 oktyabrda keçiriləcək parlament seçkisi siyasi  münasibətlərin kəskinləşməsinə təsir göstərməklə bərabər çevriliş versiyalarını gündəmə gətirir. Baş nazir Kobaxidzenin rəhbərlik etdiyi hakim Gürcü Arzusu Partiyası hazırkı Prezident Zurabişvilini oktyabrın 26-da keçiriləcək parlament seçkisindən sonra müxalifət nümayəndələri ilə "texniki hökumət"in formalaşdırılması barədə danışıqlar apardığı üçün konstitusiyanı pozmaqda ittiham edir.

Gürcüstanda ifrat təsiri olan oliqarx  Bidzina İvanişvilinin Rusiyameylli  gedişləri cəmiyyətdə parçalanmaları, qütbləşmələri daha da artırıb. Bu qonşu ölkədə baş verən  hadisələr onların daxili məsələsidir deyib üstündən keçmək olmaz. Orada baş verən bütün məqamaları diqqətdə saxlamalıyıq.

 Gürcüstan tranzit ölkə olaraq Azərbaycanla strateji müttəfiqdir. Bizim bir çox nəhəng neft-qaz, nəqliyyat layihələrimiz bu ölkənin ərazisindən keçərək dünyaya çıxır. Qonşu dövlətin ərazisində baş verəcək hər hansı çaxnaşmalar həmin layihələrin taleyini risk altına qoya bilər. O baxımdan bu ölkədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, sabitliyin qorunub saxlanması bizim milli maraqlarımıza uyğundur. Digər tərəfdən Gürcüstan ərazisində 300 mindən artıq soydaşımız yaşayır.  Uzaq tarix deyil.  90-cı illərdə, regionda çox qarışıq dövrdə onlara qarşı olan münasibətlər, təzyiqlər, təhdidlər bizim yaddaşımızdan silinməyib. O baxımdan Gürcüstandakı soydaşlarımızın taleyinə  etinasız yanaşmamaq şərtilə, onların ictimai-siyasi sferada fəallığı, dövlət idarəetmə strukturlarında, parlamentdə təmsilçiliyi çox zəruridir.

Güman edirik ki, kifayət qədər dünyəvi dəyərləri mənimsəyən, Azərbaycanın tranzit layihələrindən maksimum yararlanan gürcü cəmiyyəti bu mərhələləri itkisiz adlayacaq. Bir gün gələcək Rusiya meylli  ivanişvililər və o kateqoriyadan olan digərləri olmayacaq. Təhlükəsizlik, sabitlik və inkişaf üçün Gürcüstanın qonşu dövlətlərlə əməkdaşlığı dərinləşəcək. Və o zaman Tiflisi odlara qərq etmək istəyənlərin şansı itəcək.

 Əkrəm Bəydəmirli     

 




Baxış sayı: 370
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30