FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanın ilk dissidentlərindən biri olan Gülhüseyn Hüseynoğlunun anadan olmasından 101 il ötür
16-10-2024, 11:00 | XƏBƏR
Azərbaycanın ilk dissidentlərindən biri olan Gülhüseyn Hüseynoğlunun anadan olmasından 101 il ötür

Bu gün müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlunun doğum günüdür.

Fact-info.az xəbər verir ki, tarixin müxtəlif dönəmlərində o cümlədən XX əsrdə Azərbaycan xalqına qarşı mənəvi terror aktları həyata keçirilib. Repressiyaların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq olub.  Azərbaycanın ilk dissidentlərindən biri olan Gülhüseyn Hüseynoğlunu bu gün  ehtiramla xatırlayırıq.

BDU-da mənim də müəllimim olan Gülhüseyn Hüseynoğlu yaddaşımızda ləyaqətli insan kimi qalıb. Ədəbiyyat tarixində özünəməxsus həyat və yaradıcılıq kredosu ilə qalan Gülhüseyn müəllim 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində doğulub. Antisovet “İldırım” təşkilatı – 1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün qurulmuşdu. Məqsədləri Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, Azərbaycanın müstəqilliyini əldə etmək, 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi. Təşkilat daxilində yeganə yazıçı olan Gülhüseyn Hüseynoğlu xalq içində təbliğat işi aparmalı idi. Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna azərbaycanlı olduğunu əsas götürərək məktub yazıb dəstək istəsinlər. G.Hüseynoğlunun diktəsilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir xətlə məktub yazır.

1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsilə əldə edirlər. İsmixan Rəhimovun xəttini minlərlə tələbə arasından tanıyırlar. 9 ay izləyəndən sonra onu, daha sonra G. Hüseynoğlunu və digərlərini həbs edirlər. Ali Məhkəmənin qərarı ilə onlardan üçünə (İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalov) güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir.

Digərləri isə 10 il həbs cəzasına məhkum edilirlər. Gülhüseyn Hüseynoğlu həmin üç nəfərdən biri kimi Sibirə sürgün edilir. Apardığı azadlıq hərəkatına görə, Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur. Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi, bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin mayında “İldırım”çılar evlərinə qayıdırlar.

İlk dissidentlərdən biri olan Gülhüseyn Hüseynoğlu ilə BDU-da təhsil aldığım dövrdə bu mövzularla bağlı söhbət etməyə cəhd göstərsəm də, Gülhüseyn müəllim bu barədə heç bir şey danışmayacağını bildirmişdi.

Hətta tanınmış tədqiqatçı Aslan Kənan qeyd edir ki, mən dəfələrlə Gülhüseyn müəllimlə görüşüb repressiya tarixini, bəzi gizli məqamlarını öyrənməyə cəhd etdim.  Hətta bir dəfə kiçik diktafon tapdım. İstəyirdim onunla səmimi söhbət edim, bütün bildiklərini gizli də olsa, diktafona yazım. Azərbaycan Milli Elmlər Akademiyası binasının qarşısındakı parkda görüşdük.  Sanki Gülhüseyn müəllim hiss etmişdi. Mən onu çox söhbətə tutdum ki, bizim bilmədiklərimizi danışsın. O, qəti şəkildə repressiya ilə bağlı heç bir şey danışmayacağını bildirdi. Elə bil onda sovet KQB-sinin, o dövrün qorxusu, xofu vardı. Əlqərəz, Gülhüseyn Hüseynoğlu bir çox sirləri özü ilə qəbirə apardı...

  Qeyd edək ki, mənsur şeiri bir janr kimi Azərbaycan ədəbiyyatına gətirən Gülhüseyn Hüseynoğlu olub. Onun mənsur şeirləri çoxdur. Onların içində şah əsəri olan “Mücrü” çox dillərə tərcümə olunub, haqqında film də çəkilib.

Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, o cümlədən 2005-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.

Gülhüseyn Hüseynoğlu 2013-cü il iyulun 8-də vəfat edib. O, Azərbaycan xalqının yaddaşında bir örnək kimi həmişə yaşayacaq.




Baxış sayı: 135
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia 8-10-2026, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib 8-10-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031