ADA Universitetində Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır” Fərdi Qrant layihələrin müsabiqəsinin qalibi, ADA Universitetinin tələbəsi Aytac Adıgözəlovanın layihə rəhbərliyi ilə “Bir Yurdun Manifesti gəncliyin gözü ilə” adlı rəsm sərgisi keçirilib.
Tədbirdə Milli Məclisin deputatları Könül Nurullayeva, Günay Əfəndiyeva, Sevinc Fətəliyeva, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Müşfiq Cəfərov, Səbinə Xasayeva, Gülşən Paşayeva, Nigar Məmmədova, Azərbaycan Gənclər Fondunun direktor əvəzi Qədir Xəlilov, ADA Karyera Mərkəzinin rəhbəri Günel Ələsgərova çıxış ediblər. Çıxışçılar bildiriblər ki, layihənin məqsədi Qərbi Azərbaycanda olan tarixi abidələrin, dağıdılmış mədəni irs nümunələrinin, deportasiya hadisələrinin əyani təsvirini yaratmaqla Azərbaycan tarixini, qədim yurd yerlərimizi, mədəni-tarixi abidələrimizi gənclər arasında təbliğ etmək, onların məhv edilməsinin, saxtalaşdırılmasının qarşısının alınmasıdır.
Həmçinin məqsəd bu mövzuda tələbələrin rəsm əsərlərindən ibarət sərgi təşkil etmək, məlumatları xarici dillərə tərcümə edərək media və sosial platformalar vasitəsilə dünya ictimaiyyətinə, əcnəbi tələbələrə, diplomatik nümayəndəliklərə çatdırmaqdır.
Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Baxış sayı: 135
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
