Ölkə rəhbərliyinin tapşırığı və Mədəniyyət Nazirliyi ilə birlikdə bu yaxınlarda Qarabağda memorial komplekslərin yaradılması layihəsinə maliyyə dəstəyini ayırmağa başlayacağıq. Fact-info.az xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh") jurnalistlərə açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, Füzuli şəhərində çox böyük mərkəzi parkın salınması, onun ərazisində müxtəlif obyektlərin, o cümlədən restoranların, oyun və idman meydançalarının, körpülərin və digər obyektlərin tikintisinə yaxın vaxtlarda başlanacaq.
“Bu işlər hazırda ekspertiza mərhələsindədir. Eyni zamanda, fondun dəstəyi ilə Füzuli şəhərində və Zəngilan rayonunda ekologiya ilə bağlı bir layihəmiz olub”, - deyə R.Hacıyev bildirib.
Baxış sayı: 225
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
