FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “TRT” xəbər agentliyi Azərbaycan şairi Əhməd Cavad haqqında geniş xəbər hazırlayıb
14-10-2024, 08:30 | MƏDƏNİYYƏT
“TRT” xəbər agentliyi Azərbaycan şairi Əhməd Cavad haqqında geniş xəbər hazırlayıb

Türkiyənin “TRT” xəbər agentliyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavad haqqında geniş yazı hazırlayıb.

Fact-info.az  AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycanın milli şairi: Əhməd Cavad” sərlövhəsi ilə yayımlanan xəbərdə dahi şairin yaradıcılığı ilə yanaşı həyatının maraqlı məqamları da geniş işıqlandırılıb.

“Fırtınalar dursun yana, salam Türkün bayrağına...". Azərbaycanın Dövlət Himni və “Çırpınırdın Qara dəniz” əsərinin müəllifi, istiqlal mübarizəsinin qəhrəmanı Əhməd Cavadın güllələnməsindən 87 il ötür” sözləri ilə başlayan yazıda bildirilib ki, Əhməd Cavad 1906-cı ildən başladığı təhsilini 1912-ci ildə tamamlayıb. Həmin il Osmanlı İmperiyası Balkan Müharibəsinə girmişdi. Əhməd Cavad, maarifçi dostu Abdulla Şaiq ilə birlikdə “Qafqaz Könüllü Taboru”na qoşularaq İstanbul’a gedib. Trakiyada Osmanlı əsgərləri ilə birlikdə Bolqar ordusuna qarşı döyüşüb. Sonralar Bakıda fəaliyyət göstərən “Müsəlman Cəmiyyəti-Xeyriyyəsinə” üzv olan Cavad, 1915-ci ildə Azərbaycandan Batum, Qars, Ərdahan, Sarıqamış, Trabzon və Ərzurum sakinlərinə və rus ordusuna əsir düşən Osmanlı əsgərlərinə yardım aparan heyətdə yer alıb.

Məqalədə Əhməd Cavadın duyğularını şeirlə ifadə edərək xalqına ruh yüksəkliyi verməyə çalışdığı, bütün şeirlərini Vətənə, Orduya həsr etdiyi ifadə olunub, onun şeirlərinə geniş yer verilib.

Qeyd edilib ki, Əhməd Cavad Osmanlı əsgərləri ilə birlikdə Bakıdakı Yasamal Dağı mövqelərində rus-erməni-ingilis silahlı birləşmələrinə qarşı döyüşüb. Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun tərkibində Bakının işğaldan azad edilməsi uğrunda döyüşüb. O, 1918-ci il sentyabrın 15-də Bakıya ilk girən əsgərlərdən biri olub.

Azərbaycanın müstəqillik dövründə həm şeirlər yazan, həm də müəllim və jurnalist kimi fəaliyyət göstərən Cavad, hökumətin milli marş müsabiqəsində iştirak edib. Cavadın, dahi Üzeyir Hacıbəyli tərəfindən bəstələnən marşı bəyənilsə də, bolşevik ordusunun Azərbaycanı işğalı ilə qəbul edilə bilmədi.

“Türkiyədə şeirlərinin dərc olunması, Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə və milliyyətçi şeirləri səbəbindən daim nəzarət altında olan Əhməd Cavad Stalinin “Böyük təmizləmə” siyasətinin qurbanı olub. O, əksinqilabçılıq və pantürkizm ittihamları ilə həbs olunaraq ölüm cəzasına məhkum edilib. Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnib. 1955-ci ildə SSRİ Baş Prokurorluğu Əhməd Cavad haqqında irəli sürülən bütün ittihamların əsassız olduğunu bildirib. Onunla bağlı bəraət qərarı öldürüldükdən sonra verilib” - deyə yazıda bildirilib.

Məqaləyə şairin həyatı ilə bağlı infoqrafika əlavə edilib.

Qeyd edək ki, Azərbaycan mənbələrində Əhməd Cavadın güllələnmə tarixi 12 oktyabr göstərilir.




Baxış sayı: 355
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30