FACT-INFO.AZ » SİYASƏT » Gürcü politoloq: Qərb ölkələri Cənubi Qafqazda inkişaf etmiş dövlətlərin olmasını istəmir
13-10-2024, 11:30 | SİYASƏT
Gürcü politoloq: Qərb ölkələri Cənubi Qafqazda inkişaf etmiş dövlətlərin olmasını istəmir

“ABŞ və Qərb ölkələri Cənubi Qafqazda inkişaf etmiş, güclü, demokratik dövlətlərin olmasını istəmirlər. Onlara müstəqil, suveren, güclü dövlətlər deyil, onlardan asılı, əmrlərini sözsüz yerinə yetirən ölkələr və bu ölkələrin də başında duracaq siyasətçilər lazımdır. Bu gün Gürcüstana edilən təzyiqlər, tətbiq olunan sanksiyalar bunu bir daha sübut edir”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Levan Mamaladze deyib.

Onun sözlərinə görə, ABŞ və Qərb ölkələrinin Gürcüstana təzyiqi oktyabrın 26-da keçiriləcək seçkilərlə bağlıdır. Onlar bu cür addımlarla Gürcüstanda keçiriləcək seçkilərə təsir etmək, hakimiyyətə öz adamlarını gətirmək niyyətindədirlər. Bu, Gürcüstanın daxili siyasətinə birbaşa müdaxilədir. Onlar düşünürlər ki, belə addımlar atmaqla Qərb və ABŞ tərəfdən dəstəklənən şəxslər seçkilərdə qalib gələcək. Başa düşürük ki, Gürcüstan ABŞ-ın yanında kiçik ölkədir, amma buna baxmayaraq, indiki zamanda müstəqil siyasət aparır. Bu meqagüc isə Gürcüstanın daxili siyasətini məhv edib onların sözü ilə oturub-duranları hakimiyyətə gətirmək istəyir.

Politoloq deyir ki, ABŞ və Qərbin Cənubi Qafqazda söz sahibi olmaq niyyəti təkcə Gürcüstana təzyiq göstərməklə bitmir. Onlar Azərbaycana da eyni cür təzyiq edirlər. Azərbaycanın torpaqları işğal altında olanda yalnız quru bəyanatlar verməklə kifayətlənən bu güclər Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra yenidən əsl simalarını göstərməyə başladılar. Yəni, bu gün Azərbaycan da sanksiyalara, təzyiqlərə məruz qalan ölkədir. Lakin Azərbaycan heç kimə baş əymədən müstəqil siyasət yürüdür, inkişaf edir. Gürcüstan da bu yolu tutub, sübut etməyə çalışır ki, müstəqil dövlətdir və özü öz ayaqları üstündə durmağı bacarır.

L.Mamaladze hesab edir ki, burada maraqlar kəsişir və Gürcüstan da bu kəsişmənin tən ortasındadır. Amma gürcü xalqı hansı addımı atacağını bilir. Gürcü xalqı milli maraqlarını qoruyacaq.

O hesab edir ki, ABŞ-ın bunu etməkdə daha bir məqsədi Gürcüstanın böyük layihələrin tərkib hissəsi olmağının qarşısını almaqdır.

“Böyük dövlətlər Gürcüstanın Çinlə münasibətlərinin düzəlməsini və böyük layihələr həyata keçirməsini, qədim İpək yolunun işə düşməsini istəmirlər. Amma onlar əmin olsunlar ki, Gürcüstan öz suverenliyini qoruyur və bundan sonra da qoruyacaq”, - deyə L.Mamaladze vurğulayıb.




Baxış sayı: 150
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30