“COP29 çərçivəsində ABŞ-la Azərbaycan arasında çox yaxşı əməkdaşlıq mövcuddur”.
Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim deyib. Onun sözlərinə görə, bu əməkdaşlıq həm texniki, həm siyasi, həm də bürokratik səviyyədədir.
“Gündəlik olaraq bu istiqamətdə müzakirələr aparılır. Biz ABŞ tərəfinin COP29 mövzusuna çox müsbət yanaşmasının şahidi oluruq. Bunun səbəblərindən biri də ondan ibarətdir ki, Azərbaycan özü məsələdə liderlik edir, mövzular üzrə öz iradəsini ortaya qoyur və bunu Prezident İlham Əliyev də öz müraciətində bildirib. Yəni, bir tərəfdən ABŞ böyük dövlət olaraq bu mövzulara diqqət ayırır, digər tərəfdən Azərbaycanın da çox fəal və tutarlı tərəfdaş olduğunu anlayaraq bu addımları atır”,- deyə səfir əlavə edib.
Diplomatın sözlərinə görə, Azərbaycanın gücü onda ibarətdir ki COP29-a gedən yolda liderlik edərək hər kəsi bir araya gətirir və dünya üçün müsbət nəticələrin əldə olunmasına çalışır.
Baxış sayı: 135
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
