FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Vətənim Qərbi Azərbaycan” rəsm müsabiqəsinin yekun sərgisi keçirilib
11-10-2024, 18:00 | MƏDƏNİYYƏT
“Vətənim Qərbi Azərbaycan” rəsm müsabiqəsinin yekun sərgisi keçirilib

Oktyabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi salonunda “Vətənim Qərbi Azərbaycan” mövzusunda müsabiqənin eyniadlı yekun sərgisi keçirilib. 

 Fact-info.az xəbər verir ki, Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təşkil edilən müsabiqənin məqsədi Qərbi Azərbaycanın mədəni irs və tarixi abidələrinin dağıdılmasına diqqət çəkmək, onları təsviri sənət əsərlərində yaşatmaqdır. Rəssamlar tərəfindən İrəvan xanlarının portretləri, bədii obrazları yaradılıb, Qərbi Azərbaycanın rəmzlərinə çevrilmiş tarix və memarlıq abidələri, ziyarətgahlar, tikililər, o cümlədən bölgənin təbiət mənzərələri təsvir müstəvisində yenidən canlandırılıb.

Yekun sərgidə çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov Qərbi Azərbaycan mövzusunda rəsm əsərlərini və sənətkarlıq nümunələrini yaratmağın, həmçinin kitablar yazmağın vacibliyini vurğulayıb. O, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdacağına inamını ifadə edib.

“Bu mövzuda müsabiqənin ilk dəfə keçirilməsinə baxmayaraq, iştirakçılıq yüksək səviyyədə idi. Bütün iştirakçılara uğurlar arzulayıram”,- deyə F. Xəlilov əlavə edib.

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, münsiflər heyəti ilə birlikdə 49 rəssamın 61 işi təhlil edilib. Münsiflər heyəti tərəfindən 10 nəfər qalib seçilib.

“Bu müsabiqənin çox böyük əhəmiyyəti var. Çünki təqdim olunan əsərlərdə Qərbi Azərbaycan abidələri, həqiqətləri, orada yaşayıb-yaratmış şəxsiyyətlərimiz öz əksini tapıb. Buna görə də sərgi Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində çox mühüm addımlardan biridir”,- deyə İcma sədri deyib.

Çıxışlardan sonra münsiflərin qərarına əsasən qaliblərin adları açıqlanıb. Rəngkarlıq nominasiyası üzrə l yerə Reyhan Aslanova, ll yerə Niyaməddin Qocayev, lll yerə Seymur Fərmanlı layiq görülüb.

Qrafika nominasiyası üzrə l yerə Nailə Sultanova, ll yerə Nəsibə Əsgərova, lll yerə Natiq Nəcəfzadə layiq görülüb.





Baxış sayı: 215
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30