Dörd il əvvəl işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq mülki əhalinin sıx yaşadığı məntəqələrə zərbələr endirib.
Fact-info.az xatırladır ki, 2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvələri cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni atəşə tutublar. Gecə saatlarında raket atəşi nəticəsində şəhərin mərkəzi Ələkbər bəy Rəfibəyli küçəsindəki çoxmənzilli yaşayış binasında 5-i qadın olmaqla, 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Baxış sayı: 155
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
