Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 3-də açılışında iştirak etdikləri Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbdə ilk tədris günü başlayıb. Fact-info.az xəbər verir ki, məktəbdə tədrisin başlaması ilə əlaqədar keçirilən tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər rəsmi şəxslər, məktəb kollektivi, Cəbrayıl şəhər sakinləri iştirak edirlər.
Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Baxış sayı: 120
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
