Oktyabrın 8-də X Bakı Beynəlxalq Kitab Sərgisində Xalq şairi Ramiz Rövşənin “Nəfəs” kitabının təqdimatı keçirilib.
Fact-info.az xəbər verir ki, təqdimat zamanı şair piratçılığın qarşısının alınması məqsədilə kitabın imzası ilə çap olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, kitabda müəllifin şeirləri ilə yanaşı, məşhur İran rəssamı Ərdəşir Rüstəminin şairin əsərlərinə çəkdiyi şəkillər yer alıb.
Xalq şairi kitablarla ünsiyyətin daha səmimi olduğunu qeyd edərək deyib: “Kitab oxuyan insanın öz dünyası olur, o, başqalarının həyatına qarışmır. Mən lap uşaqlıqdan yeməyi belə kitab oxuya-oxuya yeyirdim. Mənim üçün ən kədərli hal odur ki, kitabxanama baxanda oradakı kitabların hamısını oxumağa ömrümün çatmayacağını anlayıram. Kitabların heç 40 faizini belə oxuya bilməmişəm, lakin onlar hər zaman mənə dayaq olub. Mən Fyodor Dostoyevskinin "Cinayət və Cəza" əsərini, o cümlədən Füzulini, Sabiri, Səməd Vurğunu, Məmməd Arazı, Bəxtiyar Vahabzadəni oxumasaydım, bugünkü Ramiz Rövşən ola bilməzdim. Odur ki, kitab sərgisi mənim düşüncəmə görə çox dəyərlidir”.
Şair, həmçinin öz şeirlərindən bir neçəsini səsləndirib, oxucuların suallarını cavablandırıb və kitablarını onlar üçün imzalayıb.
Baxış sayı: 190
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
