“Qlobal birlik ümidli qalmalı və Yaxın Şərqi bürüyən iztirablara son qoymağa çalışmalıdır”.
Fact-info.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS silahlılarının İsrailə hücumunun ildönümünə həsr olunmuş müraciətində deyib.
“Girovları azad etməyin, silahları yerə qoymağın, bölgəni bürüyən əzablara son qoymağın, sülhün, beynəlxalq hüququn və ədalətin vaxtı çatıb. Birləşmiş Millətlər Təşkilatı bu məqsədlərə nail olmağa tam sadiqdir.
Gəlin itirilmiş həyatlara hörmət edək, ailələri birləşdirək və bütün Yaxın Şərqdə əzab və zorakılığa son verək, gəlin münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün səylərimizi davam etdirək ki, İsrail, Fələstin və regiondakı bütün digər ölkələr nəhayət bir-birinə hörmət edərək sülh və ləyaqət içində yaşaya bilsinlər”-deyə, o, bildirib.
Baxış sayı: 105
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
