FACT-INFO.AZ » SİYASƏT » Givi Mikanadze: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması məsələsini bütün görüşlərdə qabardırıq
6-10-2024, 11:00 | SİYASƏT
Givi Mikanadze: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması məsələsini bütün görüşlərdə qabardırıq

“Gürcüstan nümayəndə heyəti Azərbaycanla bağlı cari debatın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gündəliyinə salınmasına etirazını bildirdi. Azərbaycan Avropa Şurasının üzvüdür. Təəssüf ki, Azərbaycan nümayəndə heyəti AŞPA payız sessiyasında yoxdur. Bu il üçün nümayəndə heyətinin səlahiyyətləri dondurulub. Ancaq Gürcüstan nümayəndə heyəti Avropa Şurasının müxtəlif orqanları ilə görüşlərdə Azərbaycan nümayəndə heyətinin geri qayıtmaq məsələsini vurğulayır. Tezliklə Azərbaycanın yeni seçilmiş parlament üzvləri ilə danışıqlara başlamaq lazımdır”.

Bu fikirləri Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan hər hansı məsələyə baxılması AŞPA-nın dialoq prinsipinə uyğun gəlmir. Hər hansı məsələ müzakirə olunarkən həmin ölkənin nümayəndələri debatlarda iştirak etməlidirlər.

“Bu yaxınlarda Azərbaycanda parlament seçkiləri keçirildi. Yeni seçilmiş Azərbaycan parlamentinə məlumat verilməlidir. Hətta, biz bu prosesdə vasitəçilik etməyə hazırıq. Debatlarda Avropa Şurasının hər bir üzvünün iştirakı çox vacibdir. Regional inkişaf və Cənubi Qafqaz haqqında danışarkən müəyyən edirik ki, bütün üzv dövlətlər bütün beynəlxalq təşkilatlarda iştirak etməlidir. Parlament siyasətçilərin müzakirəsi üçün ən vacib platformalardan biridir. Azərbaycan nümayəndə heyətinin yeri görünür. İnanırıq ki, Azərbaycan nümayəndə heyəti növbəti sessiyada iştirak edəcək”, - deyə gürcü deputat bildirib.

G.Mikanadze Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması məsələsinə toxunaraq, ölkəsinin bunun üçün əlindən gələni etdiyini deyib. “Bu saziş təkcə Azərbaycan və Ermənistan deyil, bütün Cənubi Qafqaz üçün vacibdir. Sülh mühiti formalaşarsa və saziş tezliklə imzalanarsa, bütün ölkələr və region üçün faydalı təminatlar yaradacaq. Ona görə də, biz prosesin sülh yolu ilə razılaşdırılmasına gətirib çıxara biləcək istənilən prosesdə vasitəçilik etməyə hazırıq. Məsələni izləyirik və başa düşürük ki, sazişin böyük hissəsi artıq razılaşdırılıb, lakin bəzi aspektlər həll edilməlidir. Sülh sazişinin mümkün qədər tez imzalanmasını səbirsizliklə gözləyirik. Gürcüstan həmişə sülhün vacib olduğu yanaşmanı saxlayır və imkan daxilində ona töhfə verməyə hazırdır”,-deyə Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri G.Mikanadze vurğulayıb.




Baxış sayı: 115
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30