"Yenisi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyinin növbəti layihəsi - "İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib. Kitabda klassik və müasir Azərbaycan müəlliflərinin tarixi İrəvan şəhəri, o cümlədən İrəvan xanlığı haqqında yazdığı ədəbi mətnlər yer alıb. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli kitaba rəy yazıb. Rəydə bildirib ki, "İrəvan gündəliyi" müstəqillik dövrü epoxasının "İrəvannaməsi"dir.
Fact-info.az xəbər verir ki, layihənin eksperti, AMEA-nın müxbir üzvü, Tehran Əlişanoğlu kitab barədə yazdığı "Ədəbiyyatda İrəvan konsepti" məqaləsində nəşrin gələcəkdə zənginləşdirilməsi, yeni mətnlərlə möhkəmləndirilməsi və bu istiqamətdə yeni tədqiqatların meydana çıxması zərurətini vurğulayıb. Kitabı hazırlayan, layihə rəhbəri yazıçı Məqsəd Nur "İrəvan gündəliyi"nin əcnəbi mütəxəssilər üçün də əlçatan olacağına, daha dərin elmi, mədəni araşdlrmalara təkan verəcəyinə inandığını söyləyib.
Baxış sayı: 105
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
