FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Mənim ədəbiyyat müəllimim HÜSEYN ABIŞOV- Səməd Vəkilov yazır
4-10-2024, 18:00 | MƏDƏNİYYƏT
Mənim ədəbiyyat müəllimim HÜSEYN ABIŞOV- Səməd Vəkilov yazır

Sabah müəllimlər günü mən də öz müəlimlərimi  xatırlayıram. Bunların sırasında mənim ədəbiyyat müəllimim Hüseyn Abışovda var. Özünəməxsus tədris üslubu olan Hüseyn müəllim. Mənim xatirimdə  savadlı və təəssübkeş müəllim kimi qalıb. Kimdir Hüseyn müəllim?

Abışov Hüseyn İsmayıl oğlu 1 avqust 1944-cu il Şərur-Dərələyəz qəzasının  Çivə kəndində anadan olub. 6 yaşına qədər  Ermənistan da yaşadıqdan sonra, 1951-ci ildə  Çivə kəndindən deportasiya edilərək  Bərdə rayonu İmirli kəndində köçürülüblər. Belə ki, kəndi zorakılıqla tərk etməyə məcbur qalan kənd əhalisi bütün fərdlər kimi Hüseyn Abışovda bu məşəqqətləri yaşamışdır. Deportasiya üçün lazımı vəsaitin və maddi-texniki yardımın ayrılması sənəd üzərində nəzərdə tutulsa da, bu həyata keçirilməmişdir. Uzun yol, ac susuz bir vəziyyətdə, torpaqlarından didərgin düşməkləri ilə yanaşı, harada məskən salacaqlarını bilməməkləridə  ayrı bir qorxu yaradırdı. Azərbaycana gəldikdən sonra, dövlətin göstərişi ilə Bərdə rayon ərazisinə göndəriliblər. İlk öncə Bərdə rayon Kətəlparaq kəndində məskunlaşdıqdan sonra, Çivə kəndi əhalisi İmirli kəndinə köç ediblər. Kəndə köçdükdən sonra əhali üçün yaşayış vəziyyəti çox ağır keçməyə başlayıb.  Dövlət tərəfindən yaşayış üçün boş ərazilərə kiçik yer altı qazmalar yaradılmışdı Bir ailənin yaşaması üçün belə kiçik olsa da imkansızlıq və digər səbəblərdən bir neçə qohum ailələr eyni qazmada yaşayırmışlar. Belə çətin vəziyyətdə olsa belə kənd əhalisi təhsilindən geri qalmaq istəmirdi.Bunun üçün də İmirli kənd məscidində İsa Vəkilovun təşkil etdiyi ibtidai orta məktəbin ilk şagirdlərindən olub. O 1953-cü ildə İmirli kəndində yaradılmış məktəbdə 1-ci sinif təhsilini almağa başlayıb. İbtidai sinifi bitirdikdən sonra 1957-cı ildə Bərdə rayonunun Şahvəllər kəndində 5-ci sinifə başladı, 7-ci sinifə kimi Şahvəllərdə təhsilini davam etdirdi. Bu müddət də onlar təhsillərini davam etdirmək üçün hər gün bir kəntdən digər kəndə gedirdilər,buna soyuq qarlı-yağışlı günlərdə daxil idi. 1959-1963-cü illərdə Ağdamın Xındıristan kəndində 8-10-cu sinif təhsilini davam etdirmisdi. Kənd camaatı ağır və imkansız vəziyyətinə görə orta məktəbi zorla bitirir ali təhsil almaq istəkləri olsa belə bunu reallaşdıra bilmirdilər. Hüseyn Abışov isə təhsilini davam etdirmək arzusunda idi. Bu arzunun yaranmasında ən böyük səbəblərdən biri də müəllim olub , kəntdə olan təhsil çətinliyini azda olsa aradan qaldırmaq idi. O, bu arzusunu reallaşdırmaq üçün inustuta işlərini verir və qəbul olur.   

1964-cü ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. Maddi vəziyyətləri bütün kənd camaatın da  olduğu kimi onlarda da pis olduğu üçün təhsilini qiyabi davam etdirərək, işləyib ailəsinə dəstək olur. Həmçinin İmirli kənd əhalisində ilk ali təhsili alan şagird olur. Bu müddət ərzində isə dövlət kənd camaatına 60 ədəd  1 otaqli ev tikərək yerləşdirir. Həmçinin kənd ərazisində orta məktəb də fəailiyyətə başlayır.

Hüseyn Abışov 1973-cü ildə Azərbaycan dili və Ədəbiyyat ixtisası üzrə bitirmişdir. Dövlət imtahan komissiyasının 17 iyul 1973-cü il  tarxili qərarı ilə ona orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi ixtisası verilmişdir. İnustutu bitirdikdən sonra 15 avqust  1968 ci il tarixində İmirli kəndin də yerləşən orta məktəbdə işə başlıyır. Müəllimlik müddəti  həm savadı, həm də uşaqların sevimli müəlliminə çevrilməyi ilə yaddaşlar da qalıb. 42 il vəzifəsini tam layiqi ilə yerinə yetirdikdən sonra 17 avqust   2011-ci il tarixində  çalışmanın yaş həddinə çatdığı üçün əmək müqaviləsinə xitam verilir.  21 aprel 2016- cı ildə  72 yaşında İmirli kəndində dünyasını dəyişib.

Hüseyn müəllimin fəaliyyəti barəsindən qeyd edərkən onu vətənpərvər, millətçi bir zaylı kimi qiymətləndirməliyik. O, Sovetlər Birliyinin ən güclü bir dönmələrində kəndə  o dövr üçün dəbdə olan “papa” “mama” müraciətlərini ləğv edərək “ata” “ana” müraciət forması ilə əvəz edib.

 

Səməd Vəkilov

Tədqiqatçı-hüquqşünas 




Baxış sayı: 195
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30