Ermənistan bütün cinayətlərə görə dövlət məsuliyyətini etiraf edərək bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır.
Fact-info.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
“Azərbaycanın erməni işğalından azad edilmiş Sırxəvənd kəndində yeni kütləvi məzarlar aşkar edilib. Ermənistanın Azərbaycana qarşı 30 illik hərbi təcavüzünün ən ağır nəticələrindən biri itkin düşmüş şəxslərin taleyidir. 4 000-dən çox azərbaycanlı Ermənistan tərəfindən konsentrasiya düşərgələrində işgəncələrə məruz qalaraq öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan bu günədək bu cinayətlərə görə məsuliyyət daşıyan bir nəfəri də cəzalandırmayıb. Əksinə, onlar tərənnüm edilib və mükafatlandırılıb. Ermənistan kütləvi məzarlıqların yeri ilə bağlı bütün tarix və məlumatları gizlədir. Ermənistan bütün bu cinayətlərə görə dövlət məsuliyyətini etiraf edərək ədalətə və münaqişədən sonrakı barışığa həqiqi sadiqliyini nümayiş etdirməli və bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır” – Hikmət Hacıyev vurğulayıb.
Baxış sayı: 85
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
