Ankarada “Türk Dövlətləri Təşkilatının yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi" və “3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Günü” ilə bağlı təntənəli tədbir keçirilib.
Fact-info.az xəbər verir ki, mərasimdə çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya və digərləri Naxçıvan Sazişinin imzalanmasında ötən 15 il ərzində formalaşan əməkdaşlıq sahələri, ortaq dəyərlərimizin birgə layihələrlə dünyada tanıdılması və əlaqələrin hər il daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar barədə danışlblar.
Tədbir əsnasında Türk Dövlətləri Təşkilatının formalaşması istiqamətində görülən işlər, keçirilən tədbirlər və ortaq mədəni irsimizi özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.
Tədbirdə Türkiyənin, eləcə də qardaş ölkədəki türkdilli dövlətlərin rəsmi qurumları və diplomatik korpusun nümayəndələri, müxtəlif türdilli təşkilatlar o cümlədən Türk Dövlətləri Təşkilatı və TÜRKSOY-un əməkdaşları və digərləri iştirak ediblər.
Baxış sayı: 85
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
