FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Aşıq Ələsgərin abidəsinin açılışı milli kimliyin, mədəni irsin qorunmasının göstəricisidir ŞƏRH
2-10-2024, 12:00 | MƏDƏNİYYƏT
Aşıq Ələsgərin abidəsinin açılışı milli kimliyin, mədəni irsin qorunmasının göstəricisidir ŞƏRH

Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edən Prezident İlham Əliyev onun Ağkilsə kəndində ermənilər tərəfindən dağıdılmış abidəsinin gələcəkdə bərpa olunacağına əminliyini bildirib.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandıran həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş böyük söz ustadıdır. Sənətkarın ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən, tərbiyəvi məzmunlu, dərin koloritli, yüksək pedaqoji məziyyətləri özündə ehtiva edən yaradıcılığı, istedadlı yetirmələri sayəsində özündən sonra irs qoyduğu aşıq məktəbi və ənənələri Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.

Bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması ölkəmizdə aşıq sənətinə ehtiramın təzahürüdür. Aşıq Ələsgər yaradıcılığı isə mədəni-mənəvi dəyərlərimizin təbliği baxımından zəngin bir poetik irs kimi Azərbaycan mədəniyyətində özünə məxsus yer tutur. Bu mədəni irsin geniş tədqiqinə, nəşrinə və təbliğinə hələ Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə başlanılıb. Hələ sovetlər dönəmində Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda və onun hüdudlarından kənarda böyük söz ustadının 150 illik yubiley mərasimləri keçirilmiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu Ağkilsə kəndində Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındığı zaman həmin əzəmətli büst erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. 1997-ci ildə Ulu Öndərin Sərəncamına əsasən, Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Bu, Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə verilən yüksək dəyər idi. Bu zəngin ənənə günümüzdə Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi respublika miqyasında böyük təntənə ilə qeyd olunub, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirilib. Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi” açılıb və 2011-ci il “Aşıq Ələsgər ili” elan edilib.

Deputat xatırladıb ki, Prezident İlham Əliyevin 2021-ci il 18 fevral tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, Türk dünyasının ozan aşığı Dədə Ələsgərin anadan olmasının 200 illiyi həm ölkə miqyasında, həm də ölkəmizin hüdudlarından kənarda TÜRKSOY vasitəsilə geniş qeyd olunub. 2021-ci il noyabrın 30-da “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncam isə Aşıq Ələsgər yaradıcılığına və irsinə olan yüksək diqqət və qayğının nəticəsidir.

“Prezident İlham Əliyevin aşıq sənətinin zirvəsi olan Aşıq Ələsgər irsinə dərin ehtiramını özündə əks etdirən bu sərəncamların icrasını mədəniyyət xadimləri, ziyalılar, aşıq sənətinin nümayəndələri, saza, sözə bağlı olan hər kəs ümumxalq minnətdarlığı ilə qarşılayıb. Bu günlərdə paytaxtda ustad sənətkarın xatirəsinə ucaldılmış abidənin açılışı da milli kimliyin, mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin göstəricisidir.

Açılış tədbirində çıxış edən dövlətimizin başçısı İlham Əliyev Aşıq Ələsgər yaradıcılığının Azərbaycan xalqı və eləcə də bütün Türk dünyasında önəmli mənəvi dəyər kəsb etdiyini diqqətə çatdırıb və böyük sənətkarın miras qoyduğu zəngin irsi Azərbaycan milli mədəniyyətinin vacib hissələrindən biri kimi dəyərləndirib. Azərbaycan xalqının öz tarixinə və mədəniyyətinə olan bağlılığını ifadə etmək istiqamətində xüsusi əhəmiyyəti ilə seçilən bu abidə həm Aşıq Ələsgərin xatirəsini yaşatmaq baxımından, həm də tarixən Qərbi Azərbaycan torpaqlarında yaradılmış milli mədəniyyətimizin qorunub-saxlanması və yaşadılması baxımından mühüm strateji əhəmiyyət daşıyır”, - deyə Cavanşir Feyziyev bildirib.

O deyib ki, abidənin açılışında çıxış edən Prezident İlham Əliyev yaşından, peşəsindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşını milli varlığımızı, mədəniyyətimizi və əcdadlarımızın yaratdığı mədəni irsə sahiblik hüquqlarımızı qorumağa çağırmaqla həm də milli-mədəni irsimizin və milli dəyərlərimizin qorunmasının vacibliyini bir daha vurğulamış oldu. Prezidentin bu çıxışı Azərbaycan xalqının keçmişi ilə fəxr etdiyi kimi həm də gələcəyə doğru əmin addımlarla irəliləməsi üçün bir çağırış kimi qəbul oluna bilər. Aşıq Ələsgərin abidəsi həm tarixi şəxsiyyətlərin unudulmaması, həm də Azərbaycan xalqının milli kimlik məfkurəsinin və vətənpərvərlik hisslərinin gücləndirilməsinə və ideoloji maarifləndirilməsinə istiqamətlənmiş bir addımdır.

“Ölkə Prezidenti öz çıxışında qətiyyətlə bildirdi ki, "...gün gələcək, biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik". Prezident İlham Əliyevin bu mesajı Qərbi Azərbaycanlıların taleyi ilə bağlı yaxın gələcəyə hesablanmış işıqlı bir müjdə kimi qəbul oluna bilər.

Aşıq Ələsgər Azərbaycan xalqının mədəniyyətində və tarixində mühüm yer tutan bir şəxsiyyətdir. Onun abidəsinin ermənilər tərəfindən dağıdılması, təkcə mədəni irsə hücum deyil, həm də Qərbi Azərbaycan torpaqlarında xalqımızın tarixi varlığının silinməsinə yönəlmiş bir cəhd kimi qiymətləndirilə bilər. Buna görə də, gələcəkdə Ağkilsə kəndində bu abidənin bərpası yalnız keçmişi yenidən canlandırmaq deyil, həm də milli kimliyimizin və hüquqlarımızın bərpası olacaq”, - deyə deputat bildirib.




Baxış sayı: 195
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30