Bakı Media Mərkəzinin istehsal etdiyi, rejissoru Fuad Quliyev olan “AZAL təhlükəsizlik qaydaları videosu” turizm filmi Kann Korporativ Media və TV Mükafatlarının (“Cannes Corporate Media and TV Awards”) final mərhələsində qalib olub. Fact-info.az xəbər verir ki, film “Turizm xidmətləri” kateqoriyasında əsas mükafatı - “Qızıl Delfin”i (“Golden Dolphin Award”) əldə edib.
Kann Korporativ Media və TV Mükafatları dünyanın ən yaxşı korporativ filmləri, turizm və sənədli filmlərinin yarışdığı müsabiqədir. Bu il müsabiqəyə 46 ölkədən çox sayda audiovizual əsərlər təqdim olunub. Azərbaycan Hava Yollarının sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən “AZAL təhlükəsizlik qaydaları videosu” şirkətin uçuş təhlükəsizliyi təlimatına yaradıcı yanaşmanı nümayiş etdirir. Filmdə təhlükəsizlik, uçuş təlimatları, Azərbaycanın füsunkar təbiəti və turizmi fonunda nümayiş etdirilir. Film il ərzində Yapon Dünya Turizm Filmləri Festivalında və SILKFEST festivalında “Gümüş”, Nyu-York, “Terres Travel” Festivalında və ABŞ Beynəlxalq Mükafatlarında “Qızıl” mükafat qazanıb.
Baxış sayı: 65
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
