FACT-INFO.AZ » XƏBƏR » Şəhid Həsənağa Şirvanınin bu gün anım günüdür
1-10-2024, 08:00 | XƏBƏR
Şəhid Həsənağa Şirvanınin bu gün anım günüdür

Xalqımızın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi oluruq. Bu da  millətin azadlığı, Azərbaycanın ərazi bütövlüyü  uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksəlməkdir. Belə zirvələrə ucalanlardan biri Həsənağa Şirvanıdır.

 Dədə Qorqudun dediyi kimi, “Torpağı qorumasan əkməyə dəyməz, əkməsən qorumağa dəyməz”.  Həsənağanın torpaq sevgisi buradan qaynaqlanırdı. 44 günlük Vətən müharibəsi qəhrəmanlarından biri Həsənağa Bəhruz oğlu Şirvani olub. O, 23 aprel 2002-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. Uşaqlıq illəri doğulduğu Binə qəsəbəsində keçib. 2008-ci ildə Bakı şəhəri, Binə qəsəbəsi şəhid Rəşid Baxışov adına 218 №-li tam orta məktəbinin 1-ci sinifinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinifini başa vurub.

Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Sonradan Həsənağa Şirvani 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşlərində Şəhid olub. 

 Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, şəhid əsgər Həsənağa Bəhruz oğlu Şirvani  "Vətən uğrunda" , "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları  ilə təltif edilib. 

Düşmən üzərində qazandığımız tarixi Zəfərə,  son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi  bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq! 

Şəhidlərimizin misilsiz qəhrəmanlığı hesabına Azərbaycanın tək  torpağı deyil, həm də qüruru özünə qayıtdı. Ona görə, hər zaman deyirik,  Şəhidlər ölməz, Vətən bölünməz! 

Fact-info.az

 

 

 




Baxış sayı: 480
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30