Azərbaycan multikulturalizmi dünyada örnəkdir. Ölkəmizdəki multikultural ənənələr və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdır.
Fact-info.az xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri akademik Kamal Abdulla XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları ilə görüşü zamanı səsləndirib.
O, bildirib ki, Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı Yay və Qış məktəbləri təşkil edir: “Artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin iştirakçıları hər dəfə bu tədbirlərdən öz ölkələrinə zəngin təəssüratlarla qayıdırlar. Əminəm ki, XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları da Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar”, - deyə akademik Kamal Abdulla qeyd edib.
Baxış sayı: 240
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
