Anım Günündə “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin "Təsviri incəsənət" dərnəyinin rəsmlərindən ibarət sərgi təşkil edilib
Azərbaycan Respublikasının Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq ölkəmzin hər yerində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladları yad edilir, onların ruhlarına duallar oxunur. Paytaxtın ictimai, siyasi, mədəni həyatında hər zaman fəallığı ilə seçilən Pirallahı rayonu da vaxtaşırı olaraq 44 günlük Vətən Müharibəsində, eləcə də sentyabrın 19- da başlayan və 23 sat 44 dəqiqə çəkən lokal antiterror tədbirlərində şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin qəhrəmanlıq tarixinə həsr olunan silsilə tədbirlər keçirilir, qazilərimizin döyüş yolu haqqında yetişməkdə olan gənc nəslə geniş və əhatəli məlumatlar çatdırılır. Bu dəfə də Pirallahıda “Vətən uğrunda” abidə kompleksinin qarşısında 27 sentyabr Anım Gününə həsr olunan növbəti tədbir keçirilib. Anım tədbirində ölkəmizin bütün bölgələrində olduğu kimi saat 12:00-da torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə Azərbaycan-Türkiyə bayraqları dalğalandırılıb, Türkiyə-Azərbaycan qardaşlığına həsr olunan şeirlər, mahnılar səsləndirilib.
Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon Ağsaqqallar Şurasının üzvləri, idarə-təşkilat rəhbərləri, şəhid ailələri, “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin direktoru Gülarə Quluzadə və dərnək rəhbərləri iştirak ediblər. Tədbirin bədii hissəsində “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin "Təsviri incəsənət" dərnəyinin rəsmlərindən ibarət sərgi təşkil edilib, "Məktəb teatrı", "Bədii qiraət" dərnəyi üzvləri ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. "4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nın dərnək rəhbəri Gülzar Qurbanovanın rəhbərlik etdiyi “Qönçə” vokal qrupunun dərnək üzvləri "Turan gəlir" mahnısını ifa ediblər.
Baxış sayı: 135
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts

