FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Ermənilərin Kəlbəcərdə törətdiyi qətliama həsr edilmiş “Tunel” romanının təqdimatı olub
29-09-2024, 18:30 | MƏDƏNİYYƏT
Ermənilərin Kəlbəcərdə törətdiyi qətliama həsr edilmiş “Tunel” romanının təqdimatı olub

Əməkdar jurnalist, yazıçı Yunis Orucovun “Tunel” romanının təqdimatı olub.

Fact-info.az xəbər verir ki, roman Ermənistan silahlı qüvvələrinin 1993-cü il martın 31-də Kəlbəcərdə törətdiyi tunel qətliamına həsr edilib. Əsərdə qətliam zamanı bütün ailəsi gözləri önündə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən, özləri isə girov düşən bacı-qardaş Yeganə və Müşfiq İbrahimovların məşəqqətli həyatından bəhs olunur.

Romanın redaktoru, əməkdar jurnalist Firuzə Nadir otuz il əvvəl soydaşlarımızın başlarına açılan müsibətin qisasının müstəqilliyin övladlarının qəhrəmanlığı sayəsində alındığını deyib.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov Birinci Qarabağ müharibəsinin gedişində xalqımızın üzləşdiyi faciələri əks etdirmək baxımından romanın əhəmiyyətini vurğulayıb.

MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu əsərdə ifadə etdiyi hiss və həyəcanı, ideoloji mesajı, həmçinin ümidlərin bir gün mütləq reallığa çevrilməsini aydın şəkildə göstərdiyi üçün müəllifə təşəkkür edib.

Romanın əsas qəhrəmanı Yeganə İbrahimova hələ də unuda bilmədiyi tunel faciəsini göz yaşları ilə anıb, ən böyük təsəllisinin torpaqlarımızın azad edilməsi olduğunu deyib.

Vətən müharibəsində şəhid olmuş Dünyamin Tağızadənin anası Ziyafət Quliyeva, qazi Polad Rzayev, ilahiyyatçı Ağa Hacıbəyli və başqaları parlaq qələbəmizlə bağlı fikirlərini bölüşüb, xalqımızın tarixində müstəsna yeri olan Qələbəmizin şanlı səhifələrinə nəzər salıblar.

Romanın müəllifi Yunis Orucov tunel qətliamında onlarla günahsız insanın amansızlıqla qətlə yetirildiyini, uzun axtarışlar nəticəsində ərsəyə gələn romanın əsas qayəsinin onların xatirəsini hər zaman əziz tutmağa yönəldiyini, bizi isə keçmişdən dərs çıxarmağa çağırdığını vurğulayıb.




Baxış sayı: 125
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30