Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Fact-info.az-a verilən məlumata görə, keçirilən tədbirlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıblar. 44 günlük Vətən müharibəmizin başlanma tarixinin uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişən, ərazi bütövlüyümüzün bərpasına, suverenliyin tam bərqərar olunmasına və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açan tarixi gün olduğu xüsusi qeyd edilib.
Tariximizə qızıl hərflərlə yazılan Qələbənin qazanılmasında xalqımızın rolu, qəhrəman oğullarımızın igidlik və şücaət nümunələri iştirakçıların diqqətinə çatdırılıb.
Silsilə tədbirlər çərçivəsində Şəhidlər xiyabanlarını ziyarət edən hərbi qulluqçular şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən əziz soydaşlarımıza öz ehtiramlarını ifadə ediblər.
Baxış sayı: 115
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
